Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukraynalı azarkeşlər İtaliyada bıçaqlandı

Ukraynalı azarkeşlər İtaliyada bıçaqlandı

Date: 23 November 2016 22:28

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Napoli” – “Dinamo” oyunundan əvvəl qan tökülüb.

Publika.az xəbər veriri ki, Kiyev təmsilçisinin azarkeşlərindən biri Neapolda bıçaqlanıb.

Ukraynalı fanat küçədə “Dinamo” şərfi ilə gəzərkən birdən-birə italiyalı azarkeşlərin hücumuna məruz qalıb. Ona 3 bıçaq zərbəsi vurulub.

Ancaq qanlı olaylar bununla bitməyib. Bir müddət sonra daha bir ukraynalı azarkeş xəsarət alıb.

Qeyd edək ki, hər iki azarkeşin vəziyyəti normaldır və ilkin müdaxilədən sonra xəstəxanadan buraxılıblar.

Xatırladaq ki, dünən də “Sevilya” – “Yuventus” oyunundan əvvəl azarkeşlər arasında qarşıdurma zamanı 3 nəfər xəsarət almışdı.


Tags:  Ukraynalı azarkeşlər İtaliyada bıçaqlandı

RƏYLƏR


Top news