"Heç-heç bizim üçün qələbəyə bərabərdi" - Qurban Qurbanov

"Heç-heç bizim üçün qələbəyə bərabərdi" -  Qurban Qurbanov
22:37 23 Noyabr 2016
114 İdman
Ölkə mətbuatı
A- A+

Çempionluq həll olunsa da...” - Qurban Qurbanov (23 Aprel 2017 20:07)
Qurban Qurbanov mükafatlandırmaya qatılmadı - FOTO (23 Aprel 2017 19:47)
Qurban Qurbanova ağır itki (18 Aprel 2017 09:42)


“Bilirik ki, çox vacib oyuna gəlmişik. Belə oyunlarda hamı düşünə bilər ki, “Qarabağ”ın istəyi çoxdu. Amma biz nə qədər istəkli olsaq, rəqib daha çox istəkli olacaq”. Fanat.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubunun çalışdırıcısı Avropa Liqasının V turu çərçivəsində “Slovan”la keçiriləcək səfər qarşılaşması öncəsi jurnalistlərin suallarını cavablandırıb.

 

Qurbanov bu gün təşkil edilən mətbuat konfransında öncə qarşılaşma ilə bağlı fikirlərini bildirib: “Rəqib oyunçularının müsahibələrini oxumuşam. İlk qələbələrini qazanıb, azarkeşlərini sevindirmək istəyirlər. Bu komandaya qarşı oynamaq çətindi. Onların son matçlarda uğursuz nəticə əldə etmələrinə baxmayaraq, sistemləri elədi ki, heç bir rəqibə asan oyun göstərmək imkanı vermirlər. “Slovan”ın gücünü Bakıda hiss etdik. Həmin matçın sonuna qədər bizə çətin anlar yaşatdılar. Bunların hamısını nəzərə almışıq. Sabahkı görüşdə ən doğrusunu etməyə çalışacağıq. Həddindən artıq az səhv etməyə çalışacağıq”.

 

- Sabah bütün Azərbaycanın gözü oyunda olacaq. Bu psixoloji təzyiq futbolçulara necə təsir edəcək?

- Sabah hamı bizimlə olacaq. Avrokubokdakı oyunlarımızla insanlar çox maraqlanırlar. Bütün Azərbaycan uğurlu nəticə əldə etməyimizi istəyir. Hər turnirə, hər oyuna düzgün hazırlaşmağa çalışırıq. Düşünsək ki, sabah mütləq qalib gəlib növbəti mərhələyə vəsiqəni təmin edək, bu, bizim üçün yaxşı nəticələnməz. Futbol bir oyunla bitmir. Hər matçda düzgün iş görərək uğurlu nəticə əldə etməyə çalışırıq. Düşünürəm ki, bu prinsiplərimiz özünü doğruldur. Bütün komandanın diqqəti sabahkı matçdadı. Rəqibin necə təhlükəli olduğunu Bakıda görmüşük. İndidən qələbə qazanıb növbəti mərhələyə adlayaq düşüncəsi bizdə yoxdu.

 

- Sizin rəhbərliyiniz altında “Qarabağ” yaydan qış dönəminə qədər yüksələn qrafiklə çıxış edir. Demək olarmı ki, “Qarabağ” artıq pik nöqtəyə çatıb?

- Hazırlıq bir az fərqli olur. İlk günlərdən tələsmək istəmirik. Düşünsək ki, bu gün bizdə hər şey qaydasındadı, yalan olar. Mövsümün sonunda hansısa geriləmə ola bilər. Bunu futbolçular dərk etməlidi ki, bir daha təkrarlanmasın. Nə qədər desək ki, komanda yaxşı formadadı, amma yenə də çatışmazlıqlarımız var. Çünki Azərbaycan çempionatı ilə Avroliqa fərqli turnirdi. O cümlədən rəqiblər də fərqlidi.

 

- Liberetsə gələrkən yolboyu ilk matçın videoyazısına baxdınız, futbolçular dincəldilər. Bakıya qayıdanda siz nə edəcəksiniz, futbolçular nə?

- Biz gələcəyimizi düşünsək də, bu gün üçün yaşayırıq. Hazırda yalnız bu matçı düşünürük. Yolda nə edəcəm, bu o qədər də önəmli deyil.

 

- Çexiya komandalarına qarşı uğurlu nəticələr göstərə bilmirik. Bu sindromun səbəbini necə izah edərdiniz?

- Bu barədə düşünmürəm ki, kiməsə qalib gəlmək istəyirik, hansısa sindromu qırmaq istəyirik. Hər hansı heç-heç bizim üçün qələbəyə bərabərdi. Avroliqa elə turnirdi ki, hər xal bizim xeyrimizədi. Sabahkı rəqib “Fiorentina” və ya PAOK da ola bilərdi. Bizim üçün ölkənin fərqi yoxdu. Çalışırıq yaxşı hazırlaşıb, uğurlu nəticə əldə edək.

 

- Rəqibin baş məşqçisi son çempionat oyunundan sonra demişdi ki, ilk matçı unutmuşuq, bu dəfə tam fərqli olacaq. Siz rəqibdə hansısa dəyişiklik sezmisinizmi?

- Son nəticələrində uğursuzluq var. Amma oyun üslublarını qoruyurlar. Get-gedə sürəti artırırlar. Onların sisteminə qarşı oynamaq bizim üçün çətindi. Və onlara qarşı səhv etmək ehtimalımız daha çoxdu. Çempionatlarında rəqibləri “Slovan”ı daha yaxşı tanıyır. Çünki müntəzəm üz-üzə gəlirlər. Amma mən deməzdim ki, onlarda nəsə dəyişib. Əksinə, Bakıdakından daha yaxşı “Slovan” izləyəcəyik. Bu turnirdə hamı sona qədər mübarizə aparır.

 

- Bədavi Hüseynov sabahkı görüşə hazırdımı?

- Bədavinin oynamaq ehtimalı çoxdu. Amma hələ tam qərar verməmişəm.

 

- Azərbaycan komandalarının çexiyalılara qarşı son 4 oyununun hamısında bərabərlik qeydə alınıb. Bunun 3-ü “Qarabağ”ın aktivindədi...

- Bizim üçün vacibi sabahkı oyundu, maksimum nəticə əldə etməyə çalışırıq. Bu gün əvvəlki nəticələrimiz barədə futbolçularla danışmamışam, onlara hansısa fikir bildirməmişəm. Diqqətimiz sabahkı matçadı.

 

- “Fiorentina” – PAOK oyunu da bizim üçün önəmlidi. Sizcə, “Fiorentina” öz gücünü ortaya qoysa, PAOK-un şansı olarmı?

- “Fiorentina” haqda düşünməyə vaxtım da yoxdu. Başqasının nəticələrini düşünmürəm. Bizə lazım olan futbolçuların psixoloji, taktiki və fiziki cəhətdən hazır olmasıdı.

 

- Həm Rəşad Sadıqov, həm də Milan Baroş sabah meydana çıxmayacaq. Düşünmək olar ki, güclər bərabərləşib?

- Bütün azarkeşlər bu cür oyunçuların meydanda olmasını istəyər. Onlar  həm kapitan, həm də liderdilər. Amma mən yenə yalnız öz futbolçularım haqda düşünürəm. Çox istərdim ki, Rəşad sabah meydanda olsun. Amma futbolda belə hallar olur. Buna da hazır olmalıyıq. Yenə də əlimizdəki futbolçularla hazırlaşmışıq ki, uğurlu nəticə qazanaq. (apasport.az)




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Goranboyda 4 otaqlı ev yandı

25 Aprel 2017 05:04

Sorğu: Fransada seçkilərdə Makron qalib gələcək

25 Aprel 2017 04:44

Jozefin olduğu kimi - FOTO

25 Aprel 2017 04:32

ABŞ-da atışma - 2 yaralı

25 Aprel 2017 04:28

Almatıda metroda bomba həyəcanı

25 Aprel 2017 03:49

İranda 593 məhbus əfv edildi

25 Aprel 2017 03:33

Məşhur filmdəki otaq yenidən yaradıldı - FOTO

25 Aprel 2017 03:32

Azərbaycanlı "Eurovision" fanları İtaliya dedi -

25 Aprel 2017 03:25

Masazır dairəsində "KamAZ"la "Opel" toqquşdu

25 Aprel 2017 02:48

"Çelsi" "Mançester Yunayted"in transfer hədəfinə elçi düşüb -

25 Aprel 2017 02:36

58 yaşlı aktrisa romantik obrazda - FOTO

25 Aprel 2017 02:32

Çilidə DƏHŞƏTLİ ZƏLZƏLƏ - 7,1 bal

25 Aprel 2017 02:23

Avropa çempionları Bakıya döndü

25 Aprel 2017 02:19

Çilidə 7,1 ballıq zəlzələ

25 Aprel 2017 02:09

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

25 Aprel 2017 02:03

Məhkəmə Mursi tərəfdarları barəsində ölüm hökmü çıxardı

25 Aprel 2017 01:54

Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi

25 Aprel 2017 01:49

Apteklərdə "Rivanol" tozu yoxa çıxıb -

25 Aprel 2017 01:38

Kvebekdə rahat ev - FOTO

25 Aprel 2017 01:32

Mursinin 20 tərəfdarı barəsində ölüm hökmü çıxarıldı

25 Aprel 2017 01:28

ABŞ Suriyaya qarşı sanksiyaları artırır -

25 Aprel 2017 01:12

Sərxoşun dalğalarla rəqsi - VİDEO

25 Aprel 2017 01:03

Əfqanıstanda partlayış:

25 Aprel 2017 00:57

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

25 Aprel 2017 00:49

ABŞ-dan Suriya alimlərinə sanksiya

25 Aprel 2017 00:38

Dünya ŞOKDA:

25 Aprel 2017 00:27

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

25 Aprel 2017 00:19

Tramp Marsa uçuş planını açqladı: “Ən pis halda...”

25 Aprel 2017 00:18

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

25 Aprel 2017 00:05

Günün qoroskopu: işlərin gedişatına xeyirlidir

25 Aprel 2017 00:05

Astroloji proqnoz - 25 aprel

25 Aprel 2017 00:03

Bu fotolara 3 milyon baxdı

24 Aprel 2017 23:57

"Çelsi"dən futbolçuya 65 milyon avro

24 Aprel 2017 23:57

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

24 Aprel 2017 23:53

"Ondan daha yaxşısı yalnız Messidir"

24 Aprel 2017 23:52

Premyer Liqa:

24 Aprel 2017 23:52

Bir vaxtın məşhur modeli kəndə köçüb - FOTO

24 Aprel 2017 23:47

"Belə hisslər yaşamamışdım"

24 Aprel 2017 23:47

Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:47

Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı

24 Aprel 2017 23:44

Bir aya saçları uzadan MASKA

24 Aprel 2017 23:42

"Mbappe Anelka və Ronaldu arasında seçim etməlidir"

24 Aprel 2017 23:42

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

24 Aprel 2017 23:42

19 yaşlı “KEDİCİK” rəqsiylə digərlərini kölgədə qoydu - VİDEO

24 Aprel 2017 23:38

"Zəhərli zob"un əsas ƏLAMƏTLƏRİ: nələr təhlükəlidir?

24 Aprel 2017 23:32

"Bavariya" sabiq hücumçusunu qaytarmaq istəyir

24 Aprel 2017 23:32

Rəcəb Tayyib Ərdoğan erməni patriarxa məktub ünvanladı:

24 Aprel 2017 23:32

Tramp BMT-də islahatlara çağırıb

24 Aprel 2017 23:27

Bu içkiləri qarışdırmayın - QORXUNC NƏTİCƏ

24 Aprel 2017 23:23

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

24 Aprel 2017 23:22