"Azərbaycan restoranlarında vaxt keçirməkdən zövq alıram"

"Azərbaycan restoranlarında vaxt keçirməkdən zövq alıram"
22:57 23 Noyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Rubin” klubunun türkiyəli futbolçusu Gökdəniz Qaradəniz FIFA-nın rəsmi saytına maraqlı açıqlamalar verib. Fanat.Az xəbər verir ki, Gökdəniz 28 yaşı olarkən keçdiyi "Rubin"ə uyğunlaşması barədə danışıb: 


"Mən "Trabzonspor"da 10 il oynamışam. Mənə tanış olmayan fərqli iqlimə malik ölkəyə köçmək asan olmadı. Ancaq Kazanda mənim mədəniyyətimlə olan oxşarlıqlar uyğunlaşmama kömək etdi. Mən müsəlmanam və burda da İslama inanırlar. Burda çoxlu gözəl məscidlər var. Kazan tamamilə fərqli şəhərdir. Rusiyadakı digər şəhərlərdən fərqlənib.


36 yaşlı yarımmüdafiəçi karyerası ilə bağlı danışarkən Kazan şəhərindəki gündəlik həyatından da söhbət açıb. O həmin şəhərdəki Azərbaycan restoranlarında tez-tez olduğunu bildirib: “Burada tarxi yerlər var və oralarda gəzməyi xoşlayıram. Kazanda bir neçə gözəl özbək, gürcü və Azərbaycan restoranları var. Həmin məkanlarda vaxt keçirməkdən zövq alıram. Əvvəlcə burda buz hokkeyinin daha çox sevildiyini düşünürdüm. Lakin avrokuboklarda oynamağa başlamağımız və ard-arda gələn uğurlar azarkeşlərin diqqətini çəkdi. Məncə, hazırda daha çox fanata sahibik və onların hər biri dəyərlidir".


Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2008-ci ildən "Rubin"də çıxış edir. O, ölkəsi ilə yanaşı, Tatarıstanda da çox məşhurdur.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-restoranlarnda-vaxt-kecirmkdn-zovq-alramquot-t54392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR