Bir çox insanlar bilmir ki, bütün digər faydalı xüsusiyyətlərlə yanaşı nar həmçinin güclü qurd əleyhinə təsirə malikdir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, fitoterapevtlər (təbii vasitələrin köməyi ilə müalicə edən mütəxəssislər) qurd xəstəliklərinin profilaktikası və müalicəsi məqsədi ilə hər gün 1 nar yeməyi və bu narın qabıqlarını dəmləyib çay kimi içməyi tövsiyə edirlər.
1 narın qabıqlarını və arakəsmələrini kiçik termosa qoyun, üzərinə 1 stəkan qaynar su tökün, 2 saat ərzində dəmləyin və sonra gündə 3-4 dəfə stəkanın 1/3-1/4 hissəsi olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.
Milli.Az