Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edəcək

Date: 23 November 2016 23:19

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Tags:  Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edəcək


RƏYLƏR


Top news