Əhvalınızı bu qidalarla yüksəldin - siyahı

Əhvalınızı bu qidalarla yüksəldin - siyahı
23:21 23 Noyabr 2016
136 Şou
Ölkə mətbuatı
A- A+

Çətin və depressiv günlər yaşayırsınızsa, qidalanmağınıza fikir verməklə bundan tez bir zamanda xilas ola bilərsiniz.

Axşam.az xarici KİV-ə istinadən əhvalınızı yüksəldəcək qidaların siyahısını təqdim edir:

Yaşıl bitkilər - ispanaq, Brüssel kələmi kimi qidalar depressiya simptomlarının azalmasına səbəb olar. Çünki sözügedən bitkilərin tərkibində fol turşusu və B vitaminləri var. Bunlar isə birbaşa əhvalı yüksəldən qidalardır.

Balıq - beynin və ürək-damar sisteminin inkişafına yol açır. Bundan başqa, balığın tərkibində olan yağ əhvalın yüksəlməsinə təsir göstərir. Qızıl balıq bu baxımdan daha faydalıdır.

Meyvələr -  portağalda olan B6 vitamini bu meyvəni daha da dəyərli edir. Çünki araşdırmalarla portağalın əhvalı müsbətə köklədiyi sübut olunub.

Zəfəran - əhvala müsbət təsir edir. Bu qiymətli ədviyyat yeməklərə qatılaraq da istifadə oluna bilər.

Şokolad - zərərli hesab edilən narkotik maddədən alacağınız həzz qədər sizə yüksək əhval-ruhiyyə bəxş edə bilər. Əgər özünü yorğun hiss edirsinizsə, şokolad yeyərək bundan azad ola bilərsiniz. Digər maddələrlə yanaşı, şokoladın tərkibindəki kofein də əhvalınıza müsbət təsir göstərəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR