Çempionlar Liqası: "Rostov" "Bavariya"nı məğlub edib

Çempionlar Liqası: "Rostov" "Bavariya"nı məğlub edib
23:27 23 Noyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Rusiyanın "Rostov" klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunun ev oyununda Almaniyanın "Bavariya" kollektivini 3:2 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, "rostovlular"ın heyətində Sərdar Azmun (44-cü dəqiqə), Dmitri Poloz (50) və Kristian Noboa (67) fərqlənib. "Bavariya"nın qollarını Duqlas Kosta (35) və Xuan Bernat (52) vurub.
Beləliklə, "Rostov" Çempionlar Liqasının qrup mərhələsində tarixində ilk qələbəsini qazanıb. Bu qələbədən sonra Rusiya klubu xallarının sayını 4-ə çatdırıb və qrupun turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Bavariya" 9 xalla ikinci yerdə qalıb.
"Rostov" dekabrın 6-da keçiriləcək son oyunda səfərdə PSV ilə qarşılaşacaq, "Bavariya" isə evdə "Atletiko"nu qəbul edəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasi-rostov-bavariya-ni-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR