Qadın görünüşlü ilk kişilər - FOTO

Qadın görünüşlü ilk kişilər - FOTO
23:37 23 Noyabr 2016
189 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniya kraliçası I Viktoriyanın hakimiyyət illəri (1837-1901) Viktoriya dövrü adlanır. Məhz bu dövrdə Avropada yeni adətlər və cəmiyyətin qəbul etmədiyi, qadın geyimini çəkinmədən geyinən "transvestitlər" yarandı.

Milli.Az publika.az-a istinadən bildirir ki, "Transvestit" termini ilk dəfə XX əsrdə qadın paltarı geyinərək teatr tamaşalarında və ya sirkdə iştirak edən kişilər üçün istifadə edilib. O vaxtlar qadınların səhnəyə çıxması qadağan olduğu üçün tamaşaçılar "bığlı qadın" obrazı ilə çox əylənirdilər.

1870-ci ildə Frederik Park və Ernest Bolton cütlüyünün cəmiyyət arasına qadın paltarları geyinərək çıxması insanların böyük narazılığına səbəb olmuşdu. Onların London küçələrində "Fanni və Stelli" obrazında rahat gəzişmələrini cəmiyyət özünə qarşı təhqir saymış və bu biabırçılığı həll eləmək üçün hətta "yuxarı" qurumlar işə qarışmışdı.

Bu sayaq ilk qeyri-standart ulduz isə Morris Yanq idi. 1885-ci ildə madam Pattrini ləqəbi altında məşhur olan ulduz görünüşünə görə qadına bənzəsə də kişi səsli və kişi cinsli olduğu üçün bir çoxlarını çaş-baş salmışdı.
XIX əsrdə kişilərin qadın kimi geyinməsinə dair heç bir qadağa yox idi. Belə kişiləri yalnız əxlaqsız davranışa görə tuta bilərdilər. Avropada kişilərin qadın kimi geyinməsi və publikada belə görkəmdə gəzməsi böyük əks-sədaya səbəb olduğu üçün bu, 1930-cu ildə çıxan qanunla qadağan olundu.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/491667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR