Hamiləlik zamanı depressiya uşağın beyinin inkişafını pozur

Hamiləlik zamanı depressiya uşağın beyinin inkişafını pozur
23:37 23 Noyabr 2016
240 Ölkə
Ölkə mətbuatı
A- A+

Kalqari Universisteti (Kanada) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, hamiləlik zamanı depressiya uşağın beyinin inkişafına çox ciddi ziyan vurur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmalar göstərib ki, güclü depressiyada olan anaların uşaqlarında beyin qabığının qalınlığı azalır. Beyinin bu hissəsi mürəkkəb əqli proseslərinə və davranışa cavabdeh olduğuna görə gələcəkdə belə uşaqlarda müxtəlif davranış pozulmaları və təhsil zamanı problemlərin əmələ gəlməsi riski artmış olur.

Alimlər qadının hamiləlik zamanı sakit və rahat şəraitdə olmağını, streslərə məruz qalmamağını gələcək uşağın sağlamlığı üçün çox vacib hesab edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/491632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR