Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kəmaləddin Heydərov Quzanlıda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Quzanlıda vətəndaşları qəbul edəcək

Date: 23 November 2016 23:38

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11:00-da vətəndaşları qəbul edəcək.

FHN-dən Publika.az-a bildiriblər ki, qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Tags:  Kəmaləddin Heydərov Quzanlıda vətəndaşları qəbul edəcək


RƏYLƏR


Top news