Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Günün qoroskopu: ehtiyatlı olun

Günün qoroskopu: ehtiyatlı olun

Date: 24 November 2016 00:05

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Önəmli insanların etibarından sui-istifadə etməyin. Günün ikinci yarısında yaşam arealı ilə çalışdığınız məkanda qayda yaradın. İlkin təəssüratlara aldanmayın. Axşam saatlarında gəzintiyə çıxın.

Buğa - bilik, bacarıq və təcrübənizdən yararlanın. Bu gün əldə etdiyiniz yeni informasiya yaxın perspektivdə işlərin sürətləndirilməsinə əlavə təkan verəcək.

Əkizlər - çalışdığınız insanlar arasında tam etibar edə biləcəyiniz şəxsi müəyyənləşdirin. Çətinliklərə rəğmən irəliləyin, iradəli olun.

Xərçəng - təmasları daha intensiv edin. Axşam saatlarında ola biləcək yeni tanışlıq uzunmüddətli əlaqəyə çevrilə bilər.

Şir - peşəkar fəaliyyətinizlə bağlı planların həyata keçirilməsi üçün əlverişli zamandır. İş yerində mühit əlverişlidir. Layihələrinizdən biri ilə rəhbərliyi tanış edə bilərsiniz.

Qız - yeni işə sərmayə yatırmaq, anlaşma, müqavilənin imzalanması, danışıqlar üçün münasib zamandır. Maddi durumun yaxşılaşdırılması, gəlir mənbələrinin səbatlaşdırılması və daha çox pul qazanmaq üçün səyləriniz effektiv olmalıdır.

Tərəzi - sizə yardım edənlə maneələr yaradanı ayıra bilin. Yanınızda olan şəxslərin heç də hamısı sizin yaxşılığınızı istəmir. Ehtiyatlı olun.

Əqrəb - dəqiq, ehtiyatlı, sayıq olun. Başladığınız işdə diqqətli çalışın ki, pis fəsadlara malik ciddi səhvlərə yol verməyəsiniz. Maraqlarınızı qoruyarkən qohumlarınızı və yaxınlarınızı unutmayın. Hiyləgər, fəndgir olun.

Oxatan - təhlükəli rəqib və ya bədxahı üstələdiyinizi düşünsəniz də, belə deyil. Çünki qərarlarınız, niyyət və addımlarınız onlar üçün tam şəffafdır.

Oğlaq - ətalətli, süst olmayın. Fəallıq nümayiş etdirin. Qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə üz tutur, problemlərini "hədiyyə" etmək istəyirlər.

Dolça - maraqlarınızın tam təminatına çalışın. Tərəfdaşınız sizinlə əməkdaşlığın perspektivlərinə əsla şübhə etməməlidir. Maddi məsələlərdə qətiyyətli olun. Alış-verişdə bədxərclik etməyin.

Balıqlar - sizi heyrətləndirəcək, hətta təşvişə salacaq hadisələr baş verə bilər. Yaxın ətrafınızdakı insanlar sizi xəbərlər və yeni ideyalarla heyrətləndirə bilərlər.

Milli.Az


Tags:  Günün qoroskopu ehtiyatlı olun

RƏYLƏR


Top news