Neymarın "Santos"dan "Barselona"ya keçidi zamanı "süi-istifadə və saxtakarlıq" edilməsi iddiası ilə başlayan istintaq yekunlaşmaq üzrədi. Fanat.Az xəbər verir ki, prokuror Joze Peralsın hazırladığı ittiham aktı açıqlanıb.
Dövlət ittihamçısı braziliyalı futbolçuya 2 il həbs cəzasının verilməsini və 10 milyon avro cərimələnməsini tələb edib. Joze Peralsin hazırladığı iddianamədə həmçinin Neymarın atası üçün 2, anası üçün 1 il həbs cəzası tələb edilir.
Dövlət ittihamçısı Neymarın transferini reallaşdıran "Barselona"nın keçmiş prezidenti Sandro Roselli də unutmayıb. Sabiq prezidentin 5 il azadlıqdan məhrum edilməsi tələb olunur.
İspan prokuror həmçinin Neymarın ailə şirkəti olan N&N-in 1.4, "Barselona"nın 8.4, "Santos"un 7 milyon avro cərimələnməsini istəyir.
İttihamnamədən adı çıxarılan yeganə şəxs "Barselona"nın hazırkı prezidenti Yosep Maria Bartomeu olub. İttihamı irəli sürən DIS şirkəti onun 8 il azadlıqdan məhrum edilməsini tələb edirdi.
Fanat.Az