Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neymarı beş illik həbs cəzası gözləyir

Neymarı beş illik həbs cəzası gözləyir

Date: 24 November 2016 00:18

Prokuror ispan məhkəməsindən “Barselona” klubunun hücumçusu Neymarın beş il azadlıqdan məhrum edilməsini tələb edib.

Publika.az xəbər verir ki, bu haqda “Football Espana” nəşri bildirib.

Futbolçu 2013-cü ildə Braziliyanın “Santos” klubundan ispan komandasına keçidi zamanı dələduzluqda ittiham olunur. İstintaqın rəyinə görə, Neymar və “Barselona” nümayəndələri qəsdən DIS investisiya şirkətinin rəhbərliyini aldadıblar. Braziliyalının katalon klubuna transferinin ümumi məbləğinin 40 faizini almalı olan təşkilat bir neçə on milyon avro daha az alıb.

Prokuror həmçinin “Barselona” klubunun keçmiş prezidenti Sandro Rosellin 5 il azadlıqdan məhrum edilməsini, klubun isə 8,4 milyon avro cərimə edilməsini tələb edib.

Mart ayında Neymar 2012-2014-cü illərdə dələduzluqda və vergi ödənişindən boyun qaçırmaqda ittiham edilib. Futbolçu dövlət büdcəsinə 45 milyon avro (50,8 milyon dollar) ödəyib.

Ömər


Tags:  Neymarı beş illik həbs cəzası gözləyir

RƏYLƏR


Top news