Samsunq-da növbəti axtarış

Samsunq-da növbəti axtarış
00:19 24 Noyabr 2016
97 Digər
Ölkə mətbuatı
A- A+

Seulda Samsunq Electronics şirkətinin baş ofisində və Dövlət təqaüd fondunda  axtarış aparılıb.

 

APA-nın ““Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, axtarışın prezident Pak Kın He və onun rəfiqəsi Çxve Sun Sil ətrafında baş verən qalmaqalla əlaqədar olduğu bildirilir.

 

Prokurorluq prezident təqaüd fonduna  Samsunqu dəstəkləmək barədə təzyiq göstərib-göstərmədiyini araşdırır. Axtarış zamanı sərt disklər, mobil telefonlar və müxtəlif sənədlər müsadirə olunub. Bu, Samsunqun baş ofisində keçirilən sayca 3-cü axtarışdır.

 

Qeyd edək ki, Çxve Sun Sil prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. Bununla əlaqədar Cənubi Koreyada kütləvi etirazlar keçirilir və dövlət başçısının istefası tələb olunur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR