Nəhəng çəkili qadın öldü - FOTO

Nəhəng çəkili qadın öldü - FOTO
03:38 24 Noyabr 2016
175 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Kostanaya şəhərinin sakini Qalina Vorobyova dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu ilin iyul ayında, 350 kiloqram çəkisi olan, 39 yaşlı qadın jurnalistlərin vasitəsilə kömək istəmişdi. O vaxt Vorobyova, hətta öz çəkisini belə, bilməyib. Çünki onun üçün əlçatan olan tərəzilərin heç biri belə iri çəkini çəkməyə qadir olmayıb. Həddindən artıq çəkisi olan qadının ciddi sağlamlıq problemləri baş qaldırıb.

May ayının sonlarında o, evdən çıxmağa cəhd göstərib. Amma ayaqları getməkdən imtina edib. Bir qədər sonra onun ayaqlarına su yığılmağa başlayıb və onlar təsəvvürəgəlməz ölçüdə böyüyüb. Qadını xəstəxanaya yerləşdirmək üçün xilasediciləri çağırmaq lazım gəlib, çünki təcili yardım həkimləri özləri bunun öhdəsindən tək gələ bilməyiblər.

KİV-də bu barədə məlumatlar yayıldıqdan sonra qadına müxtəlif klinikalardan çoxsaylı yardım təklifləri gəlib. Lakin o, məhz hansı yardımın onun üçün daha zəruri olduğunu müəyyənləşdirə bilməyib. (Sputnik)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR