Bu gün futbol üzrə Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin çıxış etdiyi qruplarda növbəti mərhələ iştirakçıları müəyyənləşə bilər.
C qrupunda mübarizə aparan "Qəbələ" Belçika "Anderlext"ini qəbul edəcək. Belçika təmsilçisi Bakıdan qələbə ilə dönəcəyi təqdirdə adını növbəti mərhələyə yazdıracaq. Qrupun digər oyununda Fransa "Sent-Etyen"i Almaniyanın "Maynts" klubunu sınağa çəkəcək. Meydan sahibləri 3 xal əldə edəcəkləri təqdirdə son tur oyunu onlar üçün formal xarakter daşıyacaq.
J qrupunda növbəti mərhələyə ən real namizəd İtaliya "Fiorentina"sıdır. Yunanıstan PAOK-unu qəbul edəcək Florensiya klubu qələbə və ya heç heçə sayəsində növbəti mərhələni rəsmiləşdirəcək. "Qarabağ" klubu isə Çexiyada “Slovan”ın qonağı olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfərdən qələbə ilə dönəcəyi təqdirdə bu qrupdan növbəti mərhələyə "Fiorentina" və "Qarabağ" yüksələcək.
A qrupunda çıxış edən "Fənərbağça" və L qrupunda mübarizə aparan "Osmanlıspor" komandaları da adını növbəti mərhələyə yazdırmağa çox yaxındır. Hər iki komanda bu gün qələbə qazansa, qardaş ölkə təmsilçiləri Avroliqada yoluna davam edəcək.
Avropa Liqası. Qrup mərhələsi, 5-ci tur
24 noyabr
A qrupu
20:00. "Fənərbağça" (Türkiyə) - "Zorya" (Ukrayna)
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Feyenoord" (Hollandiya)
"Fənərbağça" - 7. "Feyenoord" - 7. "Mançester Yunayted" - 6. "Zorya" - 2.
B qrupu
20:00. "Astana" (Qazaxıstan) - "Apoel" (Kipr)
00:05. "Olimpiakos" (Yunanıstan) - "Yanq Boyz" (İsveçrə)
"Apoel" - 9. "Olimpiakos" - 7. "Yanq Boyz" - 4. "Astana" - 2.
C qrupu
20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika)
00:05. "Sent-Etyen" (Fransa) - "Maynts" (Almaniya)
"Sent-Etyen" - 8. "Anderlext" - 8. "Maynts" - 5. "Qəbələ" - 0.
D qrupu
20:00. "Zenit" (Rusiya) - "Makkabi" (Tel Əviv, İsrail)
00:05. "Dundalk" (İrlandiya) - AZ (Hollandiya)
"Zenit" - 12. "Dundalk" - 4. "Makkabi" - 4. AZ - 2.
E qrupu
00:05. "Austriya" - "Astra" (Rumıniya)
00:05. "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya)
"Roma" - 8. "Avstriya" - 5. "Astra" - 4. "Viktoriya" - 3.
F qrupu
00:05. "Atletik" (İspaniya) - "Sassuolo" (İtaliya)
00:05. "Genk" (Belçika) - "Rapid" (Avstiya)
"Genk" - 6. "Atletik" - 6. "Rapid" - 5. "Sassuolo" - 5.
G qrupu
22:00. "Ayaks" (Hollandiya) - "Panatinaikos" (Yunanıstan)
22:00. "Selta" (İspaniya) - "Standart" (Belçika)
"Ayaks" - 10. "Standart" - 5. "Selta" - 5. "Panatinaikos" - 1.
H qrupu
22:00. "Gent" (Belçika) - "Braqa" (Portuqaliya)
22:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Konyaspor" (Türkiyə)
"Şaxtyor" - 12. "Braqa" - 5. "Gent" - 4. "Konyaspor" - 1.
İ qrupu
22:00. "Şalke" (Almaniya) - "Nitsa" (Fransa)
22:00. "Krasnodar" (Rusiya) - "Zalsburq" (İsveçrə)
"Şalke" - 12. "Krasnodar" - 6. "Zalsburq" - 3. "Nitsa" - 3.
J qrupu
22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan)
22:00. "Fiorentina" (Yunanıstan) - PAOK (Yunanıstan)
"Fiorentina" - 10. "Qarabağ" - 7. PAOK - 4. "Slovan" - 1.
K qrupu
22:00. "Sparta" (Çexiya) - "Southempton" (İngiltərə)
22:00. "Hapoel" (Beer Şeva, İsrail) - "İnter" (İtaliya)
"Sparta" - 9. "Southempton" - 7. "Hapoel" - 4. "İnter" - 3.
L qrupu
22:00. "Sürix" (İsveç) - "Vilyarreal" (İspaniya)
22:00. "Seaua" (Rumıniya) - "Osmanlıspor" (Türkiyə)
"Osmanlıspor" - 7. "Sürix" - 5. "Vilyarreal" - 5. "Steaua" - 3.
Qeyd edək ki, qrup mərhələsinin son turunun oyunları dekabrın 8-də keçiriləcək.