Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çində elektrik stansiyasında uçqun: 22 ölü, 2 yaralı

Date: 24 November 2016 07:19

Çinin Tsyansi əyalətində inşa edilən elektrik stansiyasında uçqun baş verib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 22 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Bədbəxt hadisə yerli vaxtla saat 07:00-də Fençen şəhərində qeydə alınıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir. 


Tags:  Çində elektrik stansiyasında uçqun 22 ölü yaralı


RƏYLƏR


Top news