İlk foton neyron şəbəkəsi yaradıldı

İlk foton neyron şəbəkəsi yaradıldı
07:22 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Prinston Universitetinin mütəxəssisləri dünyada ilk foton neyron şəbəkəsi yaradıblar. Alimlərin yeni inteqral mikrosxemi istənilən hesablamanı çox böyük sürətlə aparır.

Qeyd etmək lazımdır ki, optik tipli kompüterlər texnologiya sahəsində əsl inqilab hesab edilir, çünki fotonlar elektronlardan fərqli olaraq informasiyanı daha sürətli emal etmək qabiliyyətinə malikdir. Buna baxmayaraq, belə qurğular çox bahadır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, neyronun tezlik xarakteristikasına malik optik qurğunun hazırlanması texnologiyalar dünyasında əsl inqilabdır. Belə həllin qovşaqları silisiumdan hazırlanmış yumru formalı kiçik dalğaverəndir (qısa məsafələrə radio dalğalarını ötürən boru). Silisium alt qatında hərəkət edən  fotonlar lazer üçün siqnal rolunu yerinə yetirirlər və çıxışda onun gücünə nəzarət edirlər.

Fotonlar üçün yaradılmış 49 qovşaqdan ibarət nümunəyə əsaslanan mütəxəssislər xüsusi tənlik hazırlayıblar. Məlum olub ki, foton neyron şəbəkəsi adi prosessorla müqayisədə informasiyanı üç dəfə daha sürətli emal etmək qabiliyyətinə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/492303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR