Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaq üçün yeni baş çap olundu

Uşaq üçün yeni baş çap olundu

Date: 24 November 2016 07:42

Beşyaşlı Teddi Vard 2014-cü ildə gəzinti zamanı sürüşərək hündür qayadan yıxılıb və nəticədə kəlləsinin sol nahiyəsinin sümükləri sınıq-sınıq olaraq ciddi zədələr alıb. Uşağın sağ qalmasına baxmayaraq kəllənin dəyişdirilməsi üzrə əməliyyatı həyata keçirmək mümkün olmayıb və uşaq evə 24 saat geyinməli olduğu qoruyucu kaskada buraxılıb. Uşağın anası Liza Vardın sözlərinə görə, əvvəllər oğlu yorulmaq bilməyən uşaq olub, lakin zədələrə görə dostlarıgilə qonaq getmək və onlarla birlikdə oynamaq imkanından məhrum olub. Buna səbəb isə ananın onun qəflətən yerə yıxılmasına görə keçirdiyi narahatçılıq idi. Teddinin dostlarının valideynləri də xəstə uşağa görə məsuliyyəti öz üzərilərinə götürməmək üçün onu qonaq dəvət etməkdən ehtiyat edirdilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, lakin indi bunların hamısı keçmişdə qalıb. Los-Anceles Uşaq Xəstəxanasının (Children's Hospital of Los Angeles) həkimləri uşağın probleminin həlli üçün çarə taparaq sənaye plastikindən implant yaradıblar. Müalicəni aparan həkim Mark Urata bildirib ki, bu material həqiqi sümük toxumalarının xüsusiyyətlərinə oxşar fiziki xüsusiyyətlərinə görə seçilir, implant isə uşaq üçün ideal şəkildə uyğun gəlib.
 
Ötən həftə keçirilən əməliyyat uğurla başa çatıb. İndi Teddi başı üçün ehtiyat etmədən dostlarla oynaya bilər. Həmçinin o, yıxılmamışdan əvvəl olduğu kimi aktiv uşağa çevrilib. Onun üçün yeganə məhdudiyyət futbola aiddir. Həkimlər onun bu oyunu oynamasını qadağan ediblər.

Milli.Az


Tags:  Uşaq yeni baş çap olundu


RƏYLƏR


Top news