Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zukerberq "Facebook"un səhmlərinin bir hissəsini satdı

Zukerberq "Facebook"un səhmlərinin bir hissəsini satdı

Date: 24 November 2016 08:05

Mark Zukerberq qurucusu olduğu "Facebook" şirkətinin səhmlərinin daha bir hissəsini satışa çıxarıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, satışa çıxarılan və artıq alınan səhmlərin dəyəri 95 milyon dollar təşkil edir.
 
Qeyd edək ki, Zukerberq sentyabr və oktyabr aylarında da "Facebook"un dəyəri 190 (ümumilikdə 380) milyon dollar olan səhmlərini satışa çıxarıb. O, 2018-ci ilə qədər dəyəri ildə 1 milyard dolları ötməyən səhm satışları həyata keçirəcəyini bildirib. Hazırda "Facebook"un illik dövriyyəsi 52 milyard dollar təşkil edir.
 
Dünyanın ən varlı adamlarından biri olan Zukerberq səhm satışından əldə edəcəyi gəliri uşaq xəstəlikləri ilə mübarizəyə və təhlükəli xəstəliklərin dərmanının tapılmasında alimlərə köməyə sərf edəcəyini bildirib.

Milli.Az


Tags:  Zukerberq Facebookun səhmlərinin hissəsini satdı


RƏYLƏR


Top news