Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nikaraquada əhali kütləvi evakuasiya olunur

Nikaraquada əhali kütləvi evakuasiya olunur

Date: 24 November 2016 08:12

Nikaraquada "Otto" qasırğasının yaxınlaşması ilə əlaqədar kütləvi evakuasiya başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Nikaraqua hökumətinin rəsmi nümayəndəsi Rosario Murilyo bəyan edib.
 
Ümumilikdə 11 min nəfərə yaxın insanın təhlükəsiz ərazilərə köçürülməsi nəzərdə tutulub. Onlar müvəqqəti sığınacaqlarda yerləşdiriləcək. Ölkədə fəaliyyətdə olan bütün təhsil müəssisələrinin bağlandığı bildirilir.
 
Qeyd edək ki, Panamada "Otto" qasırğasının əmələ gətirdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlər olub, 50 yaşayış evi dağılıb. Kosta-Rika da isə fövqəladə vəziyyət rejimi tətbiq edilib, sahilboyu ərazilərdən 4 min nəfər təxliyə edilir.

Milli.Az


Tags:  Nikaraquada əhali kütləvi evakuasiya olunur

RƏYLƏR


Top news