“Qarabağ” üçün tarixi şans - YENİLƏNİR

“Qarabağ” üçün tarixi şans - YENİLƏNİR
08:12 24 Noyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ" da növbəti oynununa çıxacaq.

J qrupunda çıxış edən "Qarabağ" üçün isə sabahkı oyun həlledici ola bilər. 1/16 finala vəsiqə üçün mübarizə aparan ağdamlılar "Slovan"la Çexiyadakı matçda vəzifəni həll etmək imkanına malikdi.

Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gəlsə, son turu formallığa çevirəcək. Bu nəticə qrupun digər matçından asılı olmayaraq vəsiqənin təmin olunması deməkdi.

Təmsilçimiz heç-heçə ilə də adını 1/16 finala yazdıra bilər. Bunun üçün PAOK İtaliya səfərində "Fiorentina"nı məğlub etməməlidi. Digər hallarda isə ağdamlıların taleyi son turda həll olunacaq.

Bakıda Çexiya təmsilçisinə uduzmamaqdan son anda qaçan "Qarabağ" autsayderlə görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı, ilk turdakı bərabərlik qolunun müəllifi Rəşad Sadıqovun yoxluğunda xal qazanmalı olan "Qarabağ" ardıcıl 3-cü qələbəsinə köklənib.

Çexiya təmsilçiləri ilə əvvəlki matçlarda qələbəsi olmayan, səfərdə qol vurmayan ağdamlılar üçün bərabərlik qənaətbəxş sayılmalıdı. Əgər bu nəticə vəsiqənin təmin edilməsi üçün yetərli olmasa belə, çexiyalılarla ardıcıl 3 dəfə heç-heçə edən Azərbaycan çempionunun taleyi öz əlində qalacaq.

Avropa Liqası, Qrup mərhələsi

V tur, 24 noyabr

J qrupu

22:00. "Slovan" (Liberets, Çexiya) - "Qarabağ" (Azərbaycan) 

Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom

Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San-Marino)

UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)

Liberets. "U Nişi" stadionu

1

"Fiorentina" (İtaliya) 

4

3

1

0

11-2

10

2

"Qarabağ" (Azərbaycan)

4

2

1

1

6-7

7

3

PAOK (Yunanıstan)

4

1

2

1

2-4

4

4

"Slovan" (Çexiya)

4

0

1

3

4-10

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR