Yük maşını aşdı, sürücü yaralandı

Yük maşını aşdı, sürücü yaralandı
08:17 24 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, "Su-15" dairəsi adlanan ərazidə qəza qeydə alınıb.

Milli.Az "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, qum daşıyan "MAN" markalı yük maşını Gürcüstan istiqamətində hərəkətdə olarkən yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə nəqliyyat vasitəsi aşıb və yük yola, həmçinin yaxınlıqdakı avtomobillərin üzərinə tökülərək maşınlara ziyan vurub. Qəza zamanı yük maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisənin baş verdiyi ərazidə yol 1 saat bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR