Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqı kibertəhlükələrlə mübarizə mərkəzi yaradır

Avropa İttifaqı kibertəhlükələrlə mübarizə mərkəzi yaradır

Date: 24 November 2016 08:27

Finlandiyada 11 dövlətin iştirakı ilə kibertəhlükələrlə birgə mübarizə mərkəzi yaradılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Yle teleradio şirkəti məlumat yayıb.
Layihədə Almaniya, Fransa, İsveç, Baltikyanı ölkələr və ABŞ iştirak edir. Ötən həftə Helsinkidə layihə iştirakçıları təsis yığıncağı keçirib. Mərkəzin əsas vəzifəsi kiberhücumların dəf edilməsidir.
 
Qurumun illik büdcəsi 2 milyon avroya yaxın olacaq. Bu məbləğin önəmli hissəsini mərkəzin yerləşəcəyi Finlandiya ödəyəcək. Qurumun direktoru Finlandiya polisinin nümayəndəsi Matti Saaralaynen təyin olunub.

Milli.Az


Tags:  Avropa İttifaqı kibertəhlükələrlə mübarizə mərkəzi yaradır


RƏYLƏR


Top news