"Twitter" öz qurucusunun akkauntunu blokladı

"Twitter" öz qurucusunun akkauntunu blokladı
08:32 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Twitter" sosial şəbəkəsi öz qurucusu və baş direktoru Cek Dorsinin mikrobloqdakı akkauntunu müvəqqəti olaraq bloklayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, naməlum səbəblərdən akkunta giriş yarım saat ərzində mümkün olmayıb.
Girişin bərpasından sonra C.Dorsinin izləyicilərinin sayı 200 nəfərə düşüb. Bir qədər sonra əvvəlki səviyyəyə - 3,8 milyon nəfərə qayıdıb.
İnsidentdən sonra baş direktor öz akkuntunda bunu "daxili səhv" adlandırıb.
Qeyd edək ki, "Twitter" adətən ələ keçirilən və ya istifadəçilərin narazılığına səbəb olan spamlar yayan akkauntları bloklayır. Son vaxtlar bu prosesdə aktivləşmə müşahidə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/492310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR