Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraqda çeçen əsilli İŞİD komandiri məhv edilib

İraqda çeçen əsilli İŞİD komandiri məhv edilib

Date: 24 November 2016 08:42

İraqda çeçen əsilli olan İŞİD komandirlərindən biri məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İraq müdafiə nazirliyinin bəyanatında bildirilir.
 
Məlumata görə, səhra komandiri daha bir neçə terrorçu ilə birlikdə Mosul yaxınlığında məhv edilib. Onun adı açıqlanmır.
 
Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Milli.Az


Tags:  İraqda çeçen əsilli İŞİD komandiri məhv edilib

RƏYLƏR


Top news