“Samsung”da yenidən axtarış aparıldı

“Samsung”da yenidən axtarış aparıldı
08:52 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya prokurorluğu "Samsung Electronics" korporasiyasının ofislərində yenidən axtarış aparıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, axtarışların "Samsung"un ölkə prezidenti Pak Kın Xenin rəfiqəsi Çxve Sun Sil ilə bağlı cinayət işi çərçivəsində aparıldığı bildirilir. Şirkətin mətbuat katibi axtarışı təsdiqləyib, lakin əlavə məlumat verməyib.
 
Noyabr ayının əvvəlində də "Samsung"da axtarış aparılmışdı. Şirkət Çxve Sun Silin qızının Almaniyada atçılıq idmanı təlimi alması üçün 3,5 milyard von (3 milyon dollara yaxın) pul köçürməkdə şübhəli sayılır. Ç. S. Sil prezidentlə yaxınlığından istifadə edərək dövlət işlərinə müdaxilə etməkdə və bu əlaqədən öz şəxsi məqsədləri üçün yararlanmaqda ittiham olunur. Bununla bağlı ölkədə siyasi qalmaqal yaranıb. Paytaxt Seulda yüz minlərlə insanın qatıldığı etiraz aksiyaları keçirilir. Onlar prezidentin istefasını tələb edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/492312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR