BMT-nin yeni seçilmiş baş katibi Moskvaya səfər edəcək

BMT-nin yeni seçilmiş baş katibi Moskvaya səfər edəcək
08:52 24 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin yeni seçilmiş baş katibi Antoniu Qutyerreş bu gün Moskvaya səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
 
Səfər çərçivəsində A. Qutyerreş Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
 
"Rusiya dövlət başçısı ilə görüşdə beynəlxalq məsələlərdə BMT-nin mərkəzi əlaqələndirici rolunun gücləndirilməsi, təşkilatın terrorla mübarizədə fəaliyyətinin səmərəliliyinin artırılması və Suriyadakı vəziyyət müzakirə ediləcək. Rusiya XİN rəhbəri ilə danışıqlarda regional konfliktlərin həlli, BMT-nin səmərəliliyinin təkmilləşdirilməsi və islahatlar perspektivlərinə dair fikir mübadiləsi aparılacaq", məlumatda deyilir.
 
BMT-nin yeni seçilmiş baş katibi, Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutyerreş səlahiyyətlərinin icrasına yanvarın 1-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR