Bu gün "Qarabağ" Avropa Liqasının qrupunda 5-ci turun oyununa çıxacaq.
Publika.az xəbər verir ki, Ağdam klubu Liberetsdə "Slovan"ın qonağı olacaq.
Qurban Qurbanovun komandası bu matçda pley-offa çıxmasını rəsmiləşdirmək imkanına malikdir. Bu, təkcə qələbə yox, heç-heçə sayəsində də mümkündür. Bunun üçün PAOK-un "Fiorentina" ilə səfər matçında qalib gəlməməsi lazımdır.
Qeyd edək ki, "Qarabağ" bunadək 2 mövsümdə qrupda iştirak etsə də, 1/16 finala çıxmaq şansını son turda əldən verib.
24 noyabr
22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Stefan Yohannesson
Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum
Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson
Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San Marino)
UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)
Liberets. "U Nisi" stadionu