Qəbirləri necə ziyarət edək?

Qəbirləri necə ziyarət edək?
08:57 24 Noyabr 2016
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Vəfat edənin ruhunun, onun qəbri ilə sıx əlaqəsi vardır. Ona görə də mərhumun qəbrini ziyarət etmək - ruhu ilə rabitə qurmaq deməkdir. Bəs qəbirləri necə ziyarət edək?

İmam Baqir (ə) buyurur: "Cümə günü olan zaman onları ziyarət et. Onlardan hər kim sıxıntıda olsa, sadiq sübh ilə günəşin çıxmağı arasında rahatlıq tapar. Belə ki, bu zaman hər kim onun ziyarətinə gedər, ondan məlumatı olar. Lakin o zaman ki, günəş çıxar, onlar boş buraxılar. Artıq dünya işləri və qəbrini ziyarət edəni dərk etməyə qadir olmaz". Soruşurlar: "Onlar qəbirlərini ziyarət edənlərə elmləri olur və sevinirlərmi?". Buyurur: "Bəli, həmçinin qəbir zəvvarlarının qayıtmasından dəhşətə gələrlər".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qəbirləri ziyarət etməyin çox faydası vardır. Xüsusilə də alimlərin və salehlərin qəbirlərini. Məsumların (ə) hərəmini ziyarət etmək kürr suyu hökmündədir ki, zəvvarı pak və pakizə edər.
Həzrət Peyğəmbər (s) buyurur: "Qəbir əhlinin ziyarətinə qəbiristanlığa gedin ki, axirətin xatirəsi sizdə canlı olsun".
Həzrət (s) yenə buyurur: "Ölüləri ziyarət etməyə gedin və onlara salam verin. Çünki bu iş sizin üçün ibrət dərsi olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim cümə günü ata və anasının və ya onlardan birinin qəbrini ziyarət etməyə gedərsə, həm günahları bağışlanar, həm də Allah yanında yaxşı övlad hesab olunar".
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Valieynin qəbrinin yanında edilən dua qəbul olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənim qəbrimi ziyarət edərsə, Qiyamət günü onun şəfaəti mənə vacib olar".
Alimlərin qəbrinin üzərində edilən dua da tez qəbul olan dualardandır. Çünki onların dəfn olduğu məkan daha nurani məkandır. Lakin kafirlərin qəbri həmişə zülmət içindədir. Ona görə də yorucu və sıxıcıdır.
Əgər möminin qəbrini ziyarət etməyi qəsd etsəniz, yaxşı olar ki, cümə axşamı günü ziyarətə gedəsiniz. Əks halda nə zaman istəsəniz o zaman gedin. Üzü qibləyə dayanın və sağ əlinizi qəbrə qoyun və Allahdan qəbir sahibi üçün bağışlanma istəyin. Həmçinin hədislər buyurur ki, qəbrin yanında "Qədr" surəsini 7 dəfə oxumaq qəbir sahibinin və onu oxuyanın bağışlanmasına səbəb olar.
Muhəmməd ibni Müslim nəql edir: "İmam Sadiqə (ə) dedim: "Ölüləri ziyarət edəkmi?". Buyurdu: "Bəli". Dedim: "Bəs onlar bizim gəlməyimizdən xəbərdar olurlarmı?". Buyurdu: "Allaha and olsun ki, bəli. Sizin qəbrin yanına gəlməyinizdən sevinərlər və sizinlə danışarlar". Dedim: "Bəs biz ora gedən zaman nə deyək?". Buyurdu: "Bu sözləri de: "اللَهُمَّ جَافِ الاْرْضَ عَنْ جُنُوبِهِمْ، وَ صَاعِدْ إلَیْكَ أَرْوَاحَهُمْ، وَ لَقِّهِمْ مِنْكَ رِضْوَانًا، وَ أَسْكِنْ إلَیْهِمْ مِنْ رَحْمَتِكَ مَا تَصِلُ بِهِ وَحْدَتَهُمْ وَ تُۆْنِسُ وَحْشَتَهُمْ إنَّكَ عَلَی‌ كُلِّ شَیْءٍ قَدِیرٌ."
Başqa yerdə oxuyuruq ki, qəbirlərin arasında olan zaman 11 dəfə "İxlas" surəsini oxuyun və savabını da həmin ruha hədiyyə edin. Hər kim belə etsə, Allah ona ölülərin sayı qədər savab yazar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR