Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

24 NOYABR

24 NOYABR

Date: 24 November 2016 09:13

2006-cı il. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının - ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
1924–cü il. Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın doğum günüdür (1924-1965). O, tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
1934-cü il. Azərbaycan Dövlət Teatr Muzeyi açılıb. Hazırda muzeyin kolleksiyası 130 min eksponatdan ibarətdir.
1991-ci il. Əslən Cənubi Azərbaycandan olan məşhur Britaniya rok müğənnisi, “Queen” qrupunun lideri Fredi Merkyuri (Fərrux Balsara) vəfat edib (1946-1991).

Tags:  NOYABR


RƏYLƏR


Top news