Apteklərdə niyə dərman yoxdur?

Apteklərdə niyə dərman yoxdur?
09:27 24 Noyabr 2016
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq 10 gündür ki, dərman depolarından apteklərə dərman verilişi dayandırılıb. Apteklərə yalnız Azərbaycan istehsalı olan dərmanlar paylanılır ki, bu da mövcud tələbatın yalnız 20 faizini qarşılayır.

Milli.Az xəbər verir ki, bu haqda məlumatı bakıpost.az saytı yayıb. Məlumata görə, apteklərdən tələb olunan dərmanların 70 faizi tapılmır. Bunlar əsasən Avropadan idxal olunanlardır.

Xəbərdə bildirilir ki, depolarda dərmanların tükənməsinə səbəb dolların qiymətinin qalxmasıdır. Ölkəyə dərman idxal edən şirkətlər dolların qiymətinin kəskin şəkildə bahalaşması səbəbiylə dərman gətirmirlər. Bildirirlər ki, dolların indiki məzənnəsiylə xaricdən dərman alıb, buradakı qiymətlə satmaq onlara sərf etmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR