Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dövlət Komitəsinin sabiq Aparat rəhbərinin axtarışı ilə bağlı “İnterpol”dan Azərbaycana məktub gəlib

Dövlət Komitəsinin sabiq Aparat rəhbərinin axtarışı ilə bağlı “İnterpol”dan Azərbaycana məktub gəlib

İsrailin sabiq baş naziri Azərbaycana gələcək (16 Fevral 2017 18:27)
Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq (15 Fevral 2017 15:47)

Tarix: 24 Noyabr 2016 09:32

Bakı. 24 noyabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanovun beynəlxalq axtarışı ilə bağlı "İnterpol" Azərbaycan tərəfinə məktub göndərib.
Bu barədə "Report"a vəkil Kamandar Nəsibov bildirib.
Onun sözlərinə görə, məktubda qeyd edilib ki, sabiq Aparat rəhbərinin "İnterpol" kanalları ilə beynəlxalq axtarışı davam edir: “"İnterpol"dan göndərilən məktubda bildirilir ki, Səfər İmanovun yerinin müəyyən olunması istiqamətində bu günə kimi yararlı məlumat daxil olmayıb”.
Qeyd edək ki, AQUPDK-nun sabiq aparat rəhbəri S.İmanovun vətəndaş E.Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar həmin komitədən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı qeyd olunan komitənin sabiq aparat rəhbəri S.İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş E.Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Teqlər:  Dövlət Komitəsinin sabiq Aparat rəhbərinin axtarışı bağlı İnterpoldan Azərbaycana məktub gəlib



RƏYLƏR


Top xəbərlər