ABŞ-ın 130 mindən çox hərbçisinin məlumatları oğurlandı

ABŞ-ın 130 mindən çox hərbçisinin məlumatları oğurlandı
09:57 24 Noyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HHQ) hazırkı və istefada olan 134 min 386 hərbçisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Navy Times" nəşri yazır.
Nəşrin məlumatına görə, "Hewlett Packard" (HP) şirkəti oktyabrın 27-də ABŞ HHQ-ni hərbçilərdən birinə məxsus noutbukun parolunun hakerlər tərəfindən sındırıldığı və dənizçilərin adları və sosial sığorta nömrələri haqqında məlumat əldə olunduğu barədə məlumatlandırıb.
"Hərbi dəniz donanması bu insidenti son dərəcə ciddi qəbul edib. Bizim dənizçilər üçün bu, etimad məsələsidir", - deyə vitse-admiral Robert Berk bildirib. Onun sözlərinə görə, məsələnin araşdırılması ilkin mərhələdədir və hakerlərin şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR