Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Messi tarixə düşdü

Messi tarixə düşdü

Date: 24 November 2016 10:05

İspaniya "Barselona"sının argentinalı futbolçusu Lionel Messi beynəlxalq klub miqyaslı turnirlərdə 100-cü qolunu vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin V turunun "Seltik"lə qarşılaşmasında 2 dəfə fərqlənən hücumçu 100-ə çatan ilk futbolçu kimi tarixə düşüb.

Bütün qollarını Kataloniya klubunun heyətində vuran cənubi amerikalı rekordunu 3 müxtəlif turnirdə rəsmiləşdirib. Messi Çempionlar Liqasında 92, klublararası dünya çempionatında 5, UEFA Superkubokunda 3 dəfə fərqlənib. Lionel 100 qolu 119 matçda vurub.
 
Qeyd edək ki, siyahıda 2-ci olan Kriştianu Ronaldunun hesabında 99 top var.

Milli.Az


Tags:  Messi tarixə düşdü

RƏYLƏR


Top news