Bakı-Şamaxı-Yevlax yolunda hərəkət bərpa olundu

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət bərpa olundu
10:12 24 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hava şəraiti ilə əlaqədar yolun bəzi hissələrində avtomobillərin hərəkəti məhdudlaşsa da, gecə saatlarında yoldakı çətinlik aradan qaldırılıb. Belə ki, yolun Abşeron rayonunun Təzəkənd və Cəngi qəsəbələrindən keçən hissəsi və Ağsu dolayları buzdan təmizlənib. Yolda avtomobillərin hərəkəti tam bərpa olunub.

Bu gün səhər saatlarında Cəngi qəsəbəsi ərazisində avtomobillərin hərəkətində bəzi çətinliklər yaransa da, problem səhər saatlarında tam aradan qaldırılıb.

Xatırladaq ki, noyabrın 23-də qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralının bəzi hissələri buz bağladığından avtomobillərin hərəkəti məhdudlaşmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR