Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABA sədri: "Banklar fəaliyyətini köhnə qaydalarda davam etdirməməlidir"

ABA sədri: "Banklar fəaliyyətini köhnə qaydalarda davam etdirməməlidir"

Date: 24 November 2016 10:17

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatı, o cümlədən bank sektoru neftin ucuzlaşması və bunun nəticəsidndə milli valyutanın 2 dəfədən çox dəyərdən düşməsi ilə yaranmış yeni vəziyyətə uyğunlaşmağa çalışır. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda ABA-nın sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan banklarında əmanət qoyuluşu nəzərəçarpacaq dərəcədə azalıb, mövcud əmanət portfeli isə dollarlaşıb: “Bu isə kredit risklərini və bank sektorunun zərərliliyini artırır. Hesab edirəm ki, indiki halda banklar fəaliyyətini köhnə qaydalarla davam etdirməməli, mövcud vəziyyətdən birgə və minimum itki ilə çıxmalıdır”.
Z.Nuriyev onu da qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitdə rəhbərlik etdiyi qurum işini təkmilləşdirib, onun daxilində 9 ekspert qrupu yaradılıb və hazırda bank qanunvericiliyinin yeni tələblərə uyğunlaşdırılması istiqamətindən aktiv iş aparılır. 


Tags:  ABA sədri Banklar fəaliyyətini köhnə qaydalarda davam etdirməməlidir

RƏYLƏR


Top news