Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğəninin 16 yaşlı oğlu narkotikə görə tutuldu - FOTO

Məşhur müğəninin 16 yaşlı oğlu narkotikə görə tutuldu - FOTO

Date: 24 November 2016 10:23

Madonnanın Qay Riçidən olan 16 yaşlı oğlu Rokko Riçi narkotik üstündə tutulub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhurların 16 yaşlı oğlunu qonşuları polisə şikayət edib. Polislər Rokkonu yaşadığı evin yaxınlığında narkotik maddədən istifadə edən zaman yaxalayıb. Mənbələrin “The Sun”-a verdiyi məlumata görə, polislər Rokkonun üzərində axtarış aparan zaman narkotik maddə tapıb. Gənc polis idarəsində ifadə verdikdən sionra sərbəst buraxılıb.

Məlumat üçün bildirək ki, Rokko anası ilə səyahət etməyi rədd etdikdən sonra atası ilə Londonda qalmağa qərar verib. Madonna isə oğlunun onda qalması üçün məhkəməyə müraciət edib. Uzun müddətdir ki, davam edən məhkəmə prosesindən sonra məşhurun oğlunun vəkalətmanəsi Qay Riççidə qalıb.

Aytən



Tags:  Məşhur müğəninin 16 yaşlı oğlu narkotikə tutuldu FOTO


RƏYLƏR


Top news