Britaniyadan sonra Avropa İttifaqına növbəti ZƏRBƏ

Britaniyadan sonra Avropa İttifaqına növbəti ZƏRBƏ
10:28 24 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyadan sonra İtaliya da Avropa Birliyini tərk edə bilər.

Publika.az “Bloomerg”-ə istinadən xəbər verir ki, sözügedən məsələ dekabrın 4-də İtaliyada keçiriləcək referendumun nəticəsindən asılı olacaq.

Həmin vaxtı İtaliya konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum keçiriləcək. Əgər referendumda “Xeyr” üstünlük təşkil edərsə, o zaman İtaliya da Avropa Birliyi üzvlüyündən çıxa bilər. Çünki İtaliyada keçiriləcək 4 dekabr referendumunda İtaliyanın indiki Baş naziri Matteo Renzinin hökumətdə qalıb-qalmaması müəyyən olunacaq.

Əgər Matteo Renzi baş nazirlikdən gedərsə, o zaman onun yerinə İtaliyanın Avropa Birliyinə üzvlüyü əleyhinə olan “Beş ulduz” Hərəkatının gəlməsi gözlənilir. Hətta, sözügedən hərəkat hakimiyyətə gəldikləri təqdirdə, İtaliyanın Avropa Birliyini tərk etməsi məsələsinin aktuallaşacağını bəyan edib. Bu baxımdan da İtaliyada keçiriləcək 4 dekabr referendumu vacib əhəmiyyət daşıyır.

Digər tərəfdən isə 4 dekabr referendumu İtaliyada İkinci Dünya Müharibəsindən sonra təşkil olunacaq ən yaddaqalan konstitusiya islahatı kimi qiymətləndirilir. Seçki öncəsi vəziyyət də onu göstərir ki, İtaliyada “Beş ulduz” Hərəkatının hakimiyyətə gəlmək şansı böyükdür.

Qeyd edək ki, İtaliya parlamentin hər iki qanadının təqribən eyni gücə malik olduğu yeganə Qərbi Avropa ölkələrindən biri hesab olunur. 1946-cı ildən bəri 60 fərqli hökumətin təmsil olunduğu İtaliyada siyasi sabitliyin qorunması prioritet təşkil edir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR