Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Yüksək Texnologiyalar Parkı” nın yeni loqsu təqdim olunub

“Yüksək Texnologiyalar Parkı” nın yeni loqsu təqdim olunub

Date: 24 November 2016 10:35

Rabitə və Yüksək  Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin yeni əmtəə nişanı (loqo) təqdim olunub.

Loqo Yüksək Texnologiyalar Parkında elmin və innovasiyanın inkişafını təcəssüm etdirir. Əmtəə nişanının mərkəzində yerləşən əsas elementlər elmi tədqiqatları və  yüksək texnologiyaların vəhdətini bildirir. Kənar hissədəki səkkizguşəli ulduz isə Azərbaycan Respublikasının dövlət bayrağı və gerbinin elementlərini simvolizə edir.
 
Qeyd edək ki, “Yüksək Texnologiyalar Parkı” Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı əsasında yaradılıb. 
 
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, Bakı şəhəri, Pirallahı rayonunda “YT-Park” üçün 50 hektar torpaq sahəsi ayrılıb. Ölkə başçısının digər fərmanı ilə Mingəçevir şəhərində 1,31 hektar ərazidə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb. 
 
Qeyd edək ki, “Yüksək Texnologiyalar Parkı” informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.  Parkın fəaliyyəti nəticəsində iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyəti artırılacaq. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək. 



Tags:  Yüksək Texnologiyalar Parkı nın yeni loqsu təqdim olunub


RƏYLƏR


Top news