Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Misirdə 7 min ildən çox yaşı olan qədim şəhər tapılıb

Misirdə 7 min ildən çox yaşı olan qədim şəhər tapılıb

7 min ildən çox yaşı olan artefaktlar aşkar olundu (15 Mart 2017 09:17)
Misirdə 7 min ildən çox yaşı olan artefaktlar aşkar olunub (15 Mart 2017 07:37)

Tarix: 24 Noyabr 2016 10:42

Bakı. 24 noyabr. REPORT.AZ/ Misirdə arxeoloqlar yaşı 7 mindən çox olduğu təxmin edilən qədim şəhər aşkar ediblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, qazıntı aparılan sahədə bina, alətlər, məişət və mətbəx ləvazimatları, eləcə də böyük məzar tapılıb.
Şəhər Misirin ən qədim şəhərindən biri olan Abidosda firon I Setinin məbədinin yaxınlığında, Nil çayının sahilində yerləşir.
Ekspertlərin fikrincə, bu ərazidə aşkar edilən 15 sərdabənin ölçüsü orada dəfn edilənlərin yüksək sosial statusunu göstərir.
Bu şəhərdə yüksək vəzifəli rəsmilərin və sərdabə inşa edənlərin yaşadığı güman edilir. Şəhərin inkişaf tarixi qədim Misir tarixində erkən dövrə düşür.
Alimlər hesab edir ki, şəhərin tarixi e.ə. 5316-cı ilə gedib çıxır.
Foto: egyptindependent.com




Teqlər:  Misirdə min ildən çox yaşı olan qədim şəhər tapılıb



RƏYLƏR


Top xəbərlər