Bakıda Beynəlxalq Kanoe Federasiyasının 36-cı Konqresi işə başladı - FOTO

Bakıda Beynəlxalq Kanoe Federasiyasının 36-cı Konqresi işə başladı - FOTO
10:52 24 Noyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi işə başlayıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasından (AMAF) Trend-ə verilən məlumata görə, tədbirə 89 ölkənin 200-dən çox nümayəndəsi qatılıb. Daha 29 ölkə isə öz səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. ICF-nin növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edib.

Proqrama əsasən, tədbirin ilk günündə Növbədənkənar Konqres keçirilib.

Konqresi ICF prezidenti Xose Perurena Lopez açıq elan edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra bu il ərzində kanoe ailəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan olunub.

Ardınca X.Lopez sözü Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova verib.

E.Zeynalov qonaqları salamladıqdan sonra Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. O vurğulayıb ki, 10 illiyini qeyd edən AMAF geridə qalan müddətdə kifayət qədər uğur qazanıb: "AMAF 2006-cı ildə yaranıb. Bu il 10 illiyimizi qeyd edirik. Geridə qalan müddətdə ölkəmizdə bu idman növünün inkişafına, nüfuzunun artırılmasna, infrastrukturun yaradılmasına diqqət yetirmişik. İdmançılarımız da kifayət qədər uğurlu nəticələr əldə ediblər. 2009-cu ildə ilk yerli avarçəkmə komandamız dünya və Avropa çempionatlarında medal qazanıb. Bu il Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında qazancımız isə gümüş və bürünc medal olub. Ümumilikdə, 10 il ərzində idmançılarımız beynəlxalq arenada 17 qızıl, 24 gümüş və 13 bürünc medal qazanıblar. Ölkəmizdə bu idman növünün inkişafı üçün səmərəli işlər davam etdirilməkdədir".

ICF prezidenti qeyd edib ki, bu Konqresdə qurumun strukturu müzakirə ediləcək. Burada ICF-nin yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə Nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirə və səsvermə olacaq.

Konqresin proqramına, əsasən, ICF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir.

Bundan başqa, ICF-nin 2016-2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014-2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün ICF-nin iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016-2018-ci illəri əhatə edən dövr üçün Növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.

Tədbirə noyabrın 26-da yekun vurulacaq.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37

Goranboyda "VAZ" aşdı - 3 yaralı

26 İyul 2017 22:29

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi - FOTO

26 İyul 2017 22:27

Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir

26 İyul 2017 22:27

Maykl Ceksonun 19 yaşlı qızı siqaret çəkərkən görüntüləndi

26 İyul 2017 22:17

"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

26 İyul 2017 22:17

FES illik faiz dərəcəsini 1-1,25% səviyyəsində saxlayıb

26 İyul 2017 22:17

FED uçot dərəcəsini dəyişmədi

26 İyul 2017 22:14

FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

26 İyul 2017 22:12

Bakıda reyd keçirilib - VİDEO - FOTO

26 İyul 2017 22:05

Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz - MÖHTƏŞƏM KƏŞF

26 İyul 2017 22:05

"Neftçi" "Şalke" ilə oynadı

26 İyul 2017 22:05

“Neftçi” “Şalke”-yə uduzdu

26 İyul 2017 22:04