Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaxın 15-20 ildə ARDNF-ə daha 100 mlrd. dollar daxil olacaq

Yaxın 15-20 ildə ARDNF-ə daha 100 mlrd. dollar daxil olacaq

Date: 24 November 2016 10:57

Bakı. 24 noyabr. REPORT.AZ/ “Neft qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək”. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 mlrd. dollar olub: “Yaxın 15-20 il ərzində isə Fonda bu sahədən daha 100 mlrd. dollar daxil olacağını gözləyirik”. 


Tags:  Yaxın 15-20 ildə ARDNF-ə 100 mlrd dollar daxil olacaq

RƏYLƏR


Top news