Azərbaycan bankları ilin sonunadək kapitallaşma tələbini tamamlamaq öhdəliyini götürüb

Azərbaycan bankları ilin sonunadək kapitallaşma tələbini tamamlamaq öhdəliyini götürüb
11:02 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ "Bu günə kapitallaşma proqramı başa çatıb. Bəzi banklar bunu ilin sonundadək tamamlamaq öhdəliyini götürüb".
"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda keçirilən bank forumunda çıxışında deyib.
"Bankların diaqnostikası aparılıb, kapital yetərsizliyi olan banklar müəyyən edilib. Bu günə kapitallaşma proqramı başa çatıb", - deyə R.Aslanlı bildirib.
R.Aslanlı həmçinin qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu da kifayət qədər maliyyələşdirilməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklari-ilin-sonunadek-kapitallasma-telebini-tamamlamaq-ohdeliyini-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR