Şahmar Mövsümov: "Ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-i ÜDM-in 40-50%-ni təmin edir"

Şahmar Mövsümov: "Ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-i ÜDM-in 40-50%-ni təmin edir"
11:07 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın neft sektoru müxtəlif dövlərdə ümumi daxili məhsulun (ÜDM) istehsal həcmində 40-50% paya malik olub. “Report” xəbər verir ki, bunu Bakıda, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru (ARDNF) Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, bu ÜDM-i təmin edən isə ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-dir: “Bu statistik göstərici də göstərir ki, neft sektoru Azərbaycan dövlətinin gəlirlərini təmin etmk üçün mühüm olsa da, işsizliyin aradan qaldırılmasında cüzi əhəmiyyət kəsb edir. Odur ki, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Amma neft istehsal edən ölkələrdə buna nail olmaq elə də asan deyil. İlk növbədə fiskal qayda müəyyən edilməlidir ki, neft gəlirlərinin necə xərclənməsi müəyyən edilsin. Hazırda hökumət daxilində bununla bağlı araşdırma gedir ki, makroiqtisadi sabitliyi təmin edə bilək”.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sahmar-movsumov-olke-uzre-isci-quvvesinin-cemi-1-i-udm-in-40-50-ni-temin-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR