Ucuz çayxanalar da var...

Ucuz çayxanalar da var...
11:07 24 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Qarşıdan qış mövsümü gəlir. Dənizkənarı Milli Parkda da həm yeni fəsilə, həm də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına hazırlıq görülür. "Report"un əməkdaşı Bakı bulvarının ərazisində görülən işlərlə yaxından tanış olub. 
Soyuq olsa da, hava almaq üçün yolunu buradan salanlar az deyildi. 200 hektar ərazini əhatə edən bulvarın səliqə-səhmanı, mühafizə işləri ilə daha yaxından tanış olmaqda bizə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev yardımçı olur.
Hər təmizlik işçisinə bir hektar ərazi düşür


Burada hər bir təmizlik işçisinə təxminən 1 hektara qədər ərazi düşür. R.Niftəliyev deyir ki, rəhbərlik də başda olmaqla onlar bura gələn insanların hər fəslin öz gözəlliyini hiss etməsinə çalışırlar.
Təbii ki, bu gözəlliyin yaranması və qorunması üçün zəhmət çəkən insanlar var. Bulvar ərazisinin təmizliyi üçün 221, yaşıllığı üçün 176, mühafizəsi üçün isə 245 nəfər məşğul olur. Başqa işçilər də var. Məsələn, elektriklər, suçular, təmirçilər və s. Ümumilikdə bütün əməkdaşların sayı 1000 nəfərə qədərdir.
Əvvəlki illərdən fərqli olaraq indi xidmət sahəsinə görə işçilərin geyimləri fərqlənir. R.Niftəliyev deyir ki, artıq təmizliklə məşğul olanlar qırmızı, yaşıllığa qulluq göstərənlər yaşıl, elektriklər isə boz geyimdə olur. Artıq bütün işçilər isti formalarla təmin olunub.


Mühafizəçilər qarşısında hansı tələblər qoyulub?
Buranın mühafizəçiləri polis olmasa da, onlara qoyulan tələblər var. Belə ki, işə götürülərkən fizki hazırlıq, boy səviyyəsi nəzərə alınır. Onlara xüsusi kurslar, təlimlər keçdikdən sonra bulvarın mühafizəsi həvalə olunur.
Bulvarın təmizliyindən məsul şəxslər 330, mühafizəçilər isə 350 manat əmək haqqı alırlar. Mühafizəçilər növbəli sistemlə günün 24 saatı işləyir. Təmizlikçilər də növbəli şəkildə 23:00-a kimi çalışırlar. Elektriklər də növbə ilə 24 saat işləyirlər. Xüsusi bayram günlərində, tədbirlər keçirilən vaxtlarda sutkalıq iş sistemi digər işçilər üçün də tətbiq olunur.
Buradakı mühafizəçilər vəzifələri olmasa da, intihara cəhd göstərən insanları da xilas edirlər. Hətta buna görə idarə rəhbərliyi tərəfindən mükafat alanlar da olub.

Soyuğa davamsız ağaclar sarınır
Qış fəslinin başlanması ilə əlaqədar olaraq soyuğa davamsız olan ağaclar, kollar xüsusi şəffaf materiallarla bağlanır. R.Niftəliyev deyir ki, Kaktus, Baobab ağacları qışda da görünmələri şəffaf örtüklərlə örtülür: "Palma ağaclarının bəzi növləri bağlanır. Qışda mövsümə uyğun olan xüsusi gül və kollar əkilir. Texnika qış fəslinə hazırlanır. Havanın tez qaralmasına uyğun olaraq işıqlanma sistemi qurulub".
Yeni il bayramı ilə əlaqədar dekabrın əvvəlindən başlayaraq yol kənarında olan ağaclar işıqlandırılacaq, "Yolka" (şam) ağacları quraşdırılacaq. Bulvar bayrama uyğun bəzədiləcək.
Artıq bulvarda əkilməsi üçün xaricdən kol alınmır. Bu xəbər sahibkarlar üçün maraqlı olar. Çünki idarə rəhbərliyinin də tapşırığına əsasən yalnız yerli istehsal olan, iqlimə uyğun ağac və çiçəklərdən istifadə olunur.

Bulvarın sahibsiz it problemi yaranıb
İnsanların hər zaman kütləvi şəkildə üz tutduğu bulvara son vaxtlar sahibsiz itlər yaman "dadanıb". Bu da özlüyündə bir sıra problemlər yaradır. R.Niftəliyev deyir ki, xüsusilə də Bayıl ərazisi ilə Ağ şəhər ərazisində sahibsiz itlər böyük problemə çevrilib: "Bununla bağlı vətəndaşlardan bizə çoxlu şikayətlər gəlir. Biz də Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumu ilə müqavilə bağlamışıq. Sahibsiz itlər həmin idarə tərəfindən tutulub aparılmalıdır. Bir ara gəlirdilər, bir neçəsini tutdular. Amma indi gələn yoxdur. Biz həmin sahibsiz heyvanlara qarşı heç nə edə bilmirik. Şikayət də həddən artıq çoxdur. Zərərçəkən olmasa da, itlərin hücumuna məruz qalanlar olub".




Turistlər Milli Parkın ərazisinə üz tuturlar
Xüsusilə yay aylarında yüz minlərlə insanın üz tutduğu bulvarda hər bir vətəndaş təmizliyə diqqət etməli olsa da, bəziləri buna əməl etmir. Bulvar idarəsinin rəsmisi deyir ki, bəzən gənclər yerə saqqız atır, ağacların üzərini yazır, oturacaqları rəngləyir, hətta istifadə etdikləri şirə taralarını dənizə tullayırlar: "Bu problemləri maarifləndirmə yolu ilə aradan qaldırmağa çalışırıq. Təkliflərimiz də var. Müəyyən maarifləndirici roliklər hazırlamaq istəyirik. Ancaq ictimai qınaq olsa, daha yaxşıdır. Neqativ hallar insanların arasında baş verir. Cərimə tətbiq edilməsinin çarə olacağını düşünmürəm. Bu il bulvar ərazisinə turistlər, xüsusilə ərəb turistlər də çox gəlib. "Formula 1" yarışları ilə əlaqədar əyləncəli qurğular burada quraşdırılmışdı. Kontinerlər və digər qurğular quraşdırıldığından əhali çox idi".
Gecə bulvarda yatanlar da olur. Amma az hallarda. Onların burada qalmağı fəsad yaradanda isə polis imdada çatır. Hətta əvvəlki dövrlə müqayisədə bulvarda sərxoş insanların narahatlıq yaratması halları azalıb.
Bulvarda ucuz çay da var
Bütün avadanlıqlar xaricdən gətirilir. "Şeytan çarxı" Avropanın ən müasir texnologiyasının məhsuludur. Digər ölkələrlə müqayisədə bizdə karusellərin qiyməti ucuzdur. R.Niftəliyev əlavə edir ki, təhlükəsizlik məsələsinə Bulvar İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən nəzarət olunur: "Təhlükəsizliyə tam zamənət verilir. Hətta deyərdim ki, bulvarda bu cür qurğular quraşdırılan gündən xoşagəlməz hallar olmayıb".
Karusellər 5 yaşına qədər uşaqlar üçün ödənişsizdir. 5 yaşından 12 yaşına qədər uşaqlar üçün "Şeytan çarxı" 3 manatdır. 12 yaşından yuxarı 5 manatdır. Qatarla gəzmək uşaqlar üçün 1 manat, böyüklər üçün 2 manatdır. Qayıqlarla gəzmək 2 manat, gəmidə üzmək 3 manatdır. Gəmilər hazırda işləmir. Onlar yalnız mövsümi olaraq, yəni yazdan payıza qədər işləyirlər.
Valideynlərə onu da deyək ki, bayram tətilində attraksionlardan pulsuz istifadə aksiyası nəzərdə tutulur.
Bulvar ərazisində kafe və restoranların sayı son dövrlərdə artmayıb, əksinə azalıb. Onların bəziləri iqtisadi vəziyyətlə, bəziləri isə yerləşdiyi məkanın ümumi görünüşünə xələl gətirdiyindən sıradan çıxıb.
Rəfael müəllim deyir ki, kafe və restoranlarda qiymətləri fiziki şəxs özü təyin edir, ona qarışmırlar. Amma bu o demək deyil ki, istənilən qiyməti qoyurlar. Müsahibimiz bizə "Armudu", "Rast", "Veteranlar" kimi məkanlarda çay içməyi məsləhət görür. Səbəb bahalıqdan şikayətlənməyimiz olur, dediyinə görə, həmin yerlərdə çay ucuzdur.
Yeri gəlmişkən, Bulvar İdarəsinə təklif edirik ki, əhali üçün bu gözəl məkanda sosial mahiyyət daşıyan bir layihə reallaşdırılsın. Buranın təmiz havasında həm kitab oxumağa, həm də kisəyə uyğun çay içib, dərdləşməyə şərait yaradılsın. Cavab alırıq ki, şifahi təklifimizə rəhbərlik baxacaq.
Qeyd edək ki, hazırda bulvarın genişləndirilməsi istiqamətində iş aparılmasa da, Baş Planda nəzərdə tutulub, yəni davam edəcək. Əhalinin marağı nəzərə alınaraq trenajor xidməti göstərən məkan genişləndirilir.



"İşinizdir, yerinə yetirin"

Bulvar İdarəsinin yaşıllaşdırma sahəsi üzrə sahə rəisi Xanlar Məmmədovla iş başında görüşürük. Qışa hazırlaşdıqlarını, qızılgülləri budayıb, soyuğa davamsızlar üçün "çarə" qıldıqlarını deyir.
Şavər Hüseynova 2003-cü ildən bulvarda yaşıllığın qayğısına qalır, tökülən yarpaqları yığır. Həm də səhər 8-dən 17.00-də çalışır.
Südabə Vəliyeva təmizliklə 3 ildir məşğul olur. O deyir ki, təmizliyə əməl edənlərlə yanaşı, tum qabıqları, siqaret kötüklərini yerə atanlar da çoxdur: "Saqqızı çeynəyib atırlar. Tumu yerə tökürlər. Tökməyin deyəndə də deyirlər ki, işiniz budur, görün. Amma üzr istəyənlər də olur".
Alməmməd Məmmədli kommunal işçi kimi bir ildir fəaliyyət göstərir. Qadınlar süpürür, o da yığır. Saqqızı təmizləyir, yerdə olan ləkələri şampunla yuyur və s.
Fərrux Əmirov isə 6 ildir ağaclara, yaşıllığa qayğı göstərir: "Primola", "Viyola" kimi güllər əkirik. Burada hər növ ağaclar, kollar var, biz də onları mühitə uyğunlaşdırmağa çalışırıq".


Yaşıllıqdan istifadədə Avropa nümunəsi...
Xəyal Rəsulzadə 1 ildən çoxdur bulvar ərazisində mühafizəçi işləyir. İnsanların problemsiz istirahət etməsinə cavabdehdir...

Dediyinə görə, yaşıllığa daxil olanlar bəzən ordan çıxmaq istəmirlər: "Yaşıllığa girmək olmaz desən də çıxmırlar. Avropadan misal gətirirlər. Orada istədiyin qədər yaşıllığa girə bilərsən deyirlər. İntihara cəhd halları ilə də qarşılaşıram. Eləsi var ki, onları danışıqla fikrindən döndərmək olur. Özünü dənizə atmaq niyyətində olan heç nə demədən atır, amma niyyəti olmayanlar danışır. İntihara cəhd edənlərin yarısı gənclər olur".
Bulvar ərazisini bizim üçün gözəl görünüşə gətirənlərdən ayrıldıqdan sonra bu məkanı özünün sirdaşı hesab edənlərə baxırıq. Hava soyuqdur, amma dənizə baxan da var, sakitcə oturub xəyala dalan da.
Onlardan birinə, Xanhüseyn Babayevə yaxınlaşırıq. Deyir ki, boş vaxtlarında burada oturub, təmiz hava almağı sevir: "Bu məkan elə bir yerdir ki, hər peşədən, hər ruhda olan insanlar gəlir. Körpə balalar, ömrünün ahıl çağını yaşayanlar... Ona görə də hamı çalışıb bir-birinə mane olmadan istirahətini etməlidir".
Foto: Firi Salim

















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əri ilə tutduğu qadının cinsiyyət orqanına acı bibər sürtdü

21 İyul 2017 04:28

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istədi, amma...

21 İyul 2017 04:03

Bərdədə ruhi xəstə itkin düşüb

21 İyul 2017 03:52

"Qəbələ" AL-in 3-cü mərhələsinə belə adladı - VİDEO

21 İyul 2017 03:47

Acun Ilıcalı təsdiqlədi:

21 İyul 2017 03:45

Kamran Ağayev Çexiya klubuna transfer olunub

21 İyul 2017 03:37

“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı

21 İyul 2017 03:33

Cavid Hüseynov: "Artıq hər bir komanda ilə oynamağa hazırıq"

21 İyul 2017 03:32

Əsl peyzaj ustası - FOTO

21 İyul 2017 03:32

Türkiyədə zəlzələ olub

21 İyul 2017 03:24

Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb

21 İyul 2017 03:22

Kamran Ağayev rəsmən Avropa klubunda - SON ANDA

21 İyul 2017 03:17

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ

21 İyul 2017 03:13

"İnter"in baş məşqçisi: "Cəfəng qollar buraxdıq"

21 İyul 2017 03:12

"Astra"nın kapitanı: "Bilirdik ki, bizi Bakıda çox çətin oyun gözləyir"

21 İyul 2017 03:12

Siqaret sərxoş Gəncə sakinini xəstəxanalıq etdi

21 İyul 2017 02:49

"Gündən-günə daha yaxşı olacağıq" -

21 İyul 2017 02:36

Təbiət qoynunda gözəl villa - FOTO

21 İyul 2017 02:32

Gəncə şəhər sakini özünü yandırıb

21 İyul 2017 02:27

Lukaşenko Ukraynadadır

21 İyul 2017 02:24

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub

21 İyul 2017 02:22

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 02:02

"Hər bir komanda ilə oynamağa hazırıq" -

21 İyul 2017 01:56

Məşhur müğənni intihar etdi

21 İyul 2017 01:44

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb -

21 İyul 2017 01:35

Amerikanın problemlərini yandırdı - FOTO

21 İyul 2017 01:32

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyul 2017 01:29

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"

21 İyul 2017 01:27

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 01:17

Emili gözəlliyi ilə yenə hamını valeh etdi -

21 İyul 2017 01:15

On otaqlı evdə yanğın

21 İyul 2017 01:09

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

21 İyul 2017 00:57

50 yaşlı cazibədar aktrisanın alt paltarsız FOTOSESSİYASI

21 İyul 2017 00:53

"İnter"in biabırçı məğlubiyyəti - VİDEO

21 İyul 2017 00:47

"Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO

21 İyul 2017 00:47

Bakıda yaşayış binasında yanğın baş verib -

21 İyul 2017 00:47

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28

İran Küveytə nota verdi

21 İyul 2017 00:19

Astroloji proqnoz - 21 iyul

21 İyul 2017 00:13

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

21 İyul 2017 00:12

İki yaşlı uşaq yemişdən zəhərləndi

21 İyul 2017 00:09

Hamilə model çılpaq sessiyaya çəkildi - FOTO

21 İyul 2017 00:05

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"

21 İyul 2017 00:05

Tovuzda 2 yaşlı oğlan zəhərlənib

21 İyul 2017 00:05

Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin

21 İyul 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 50 dolları ötüb

21 İyul 2017 00:05

Məşhur müğənni intihar edib -

20 İyul 2017 23:55

Bronxoektatik formalı pnevmoniya

20 İyul 2017 23:52