Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq üçün yollar axtarırıq"

"Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq üçün yollar axtarırıq"

Date: 24 November 2016 11:09

"Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq üçün yollar axtarırıq".

 

"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bank forumunda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu gün 11 bank üzrə Fond tərəfindən 710 milyon manat məbləğində vəsait ödənilib. "Hazırda təxminən 45 mln. manata qədər vəsait ödənişini gözləyir. Bu ödəniş 130 min əmanətçiyə ödənilməlidir. Fondun bu öhdəliyi yerinə yetirmək üçün bu gün kifayət qədər likvid vəsaitləri var. Dövlət zəmanəti ilə Fonda kredit verilib. Lakin bu kreditlər Fond və ümumilikdə bank industriyasının  hökumət və Mərkəzi Bank qarşısında öhdəliyidir. Bu öhdəliyi qaytarmaq üçün bank industriyası uzun müddət ərzində çalışmalıdır", - deyə R. Aslanlı qeyd edib.

 

R. Aslanlı bildirib ki, Fond kifayət qədər kapitallaşdırıldıqdan sonra restrukturizasiya prosesi tamamlanmış bank sektoruna və əhaliyə dəqiq siqnal verilməlidir: "Bu siqnalla bildirməliyik ki, biz əmanətlərin sığortalanması sistemini kapitallaşdırmışıq və Fond öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər maliyyə dayanıqlığına malikdir. Bundan sonra dövlət bu proseslərdön kənara çəkilməlidir".


Tags:  Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq yollar axtarırıq


RƏYLƏR


Top news