"Yüngül qadınsan" deyib, uşaqlarını əlindən aldı, döydü

"Yüngül qadınsan" deyib, uşaqlarını əlindən aldı, döydü
11:12 24 Noyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəlininə xəsarət yetirməkdə ittiham olunan Yevlax rayon sakini, 1954-cü il təvəllüdlü Nigar Əzimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Samirə Mehdiyeva (ad və soyad şərti verilib) yüngül həyat tərzi keçirdiyi üçün Nigar Əzimovanın oğlundan ayrılıb.

Samirə Mehdiyevadan ayrılan həyat yoldaşı Dünyamın Əzimov anası Nigar Əzimovanın evində yaşayıb. Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Samirə Mehdiyeva övladlarını öz öhdəsinə götürməyib. Uşaqlar Nigar Əzimovanın öhdəsində qalıblar.
Amma sonradan Samirə Mehdiyeva övladları ilə görüşmək istəsə də, keçmiş qaynanası buna mane olub. Səbəb isə yüngül həyat tərzi keçirən Samirəni nəvələrindən uzaq tutmaq olub.

Samirə Mehdiyeva bu ilin martın 24-də övladlarını görmək üçün qaynanası Nigar Əzimovanın Aran qəsəbəsində olan evinə gəlib. Bu zaman Samirə Mehdiyeva keçmiş qaynanasının zorakılığı ilə üzləşib.

Nigar Əzimova Samirəyə əxlaqsız olduğunu və bu üzdən uşaqları ilə görüşməsinə icazə verməyəcəyini deyib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Nigar Əzimova stəkanla Samirə Mehdiyevanın başına vurub. O, "sağ gicgah nahiyəsinin yarası, ənsə nahiyəsinin dərialtı hemotoması" ilə nəticələnən xəsarət alıb.

Samirə Mehdiyeva həmin vaxt xəstəxanada tibbi yardım alıb və keçmiş qaynanasından Yevlax Rayon Polis Şöbəsinə şikayət edib.
Nigar Əzimovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilib.
Yevlax Rayon Məhkəməsinin hökmü ilə Nigar Əzimova 300 manat cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş Samirə Mehdiyeva apellyasiya şikayəti verib.

O, bildirib ki, Yevlax Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü qanunsuz və əsassızdır. Onun sözlərinə görə, bu iş ibtidai istintaq orqanı tərəfindən düzgün araşdırılmayıb, məhkəmə isə ibtidai istintaq orqanının düzgün olmayan araşdırılmalarına əsaslanaraq ədalətsiz qərar qəbul edib.

Samirə Mehdiyeva qeyd edib ki, həmin iş üzrə digər təqsirli şəxslər, o cümlədən Dünyamın Əzimov cinayət məsuliyyətinə cəlb edilməyiblər. O bildirib ki, məhkəmə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Nigar Əzimovaya 300 manat məbləğində cərimə cəzası təyin etməklə kifayətlənib.

Samirə Mehdiyevanın sözlərinə görə, Yevlax Rayon Məhkəməsinin hökmündə dəyişiklik edilməli, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Nigar Əzimovaya daha ağır cəza verilməli, bu işdə təqsirli olan şəxslər barəsində cinayət işi başlanılmalıdır.

Samirə Mehdiyevanın apelyasiya şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edilib. Qərara görə, Samirə Mehdiyevanın apellyasiya şikayəti təmin edilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ermənistan silahlı bölmələri atəşkəsi 139 dəfə pozub

24 Avqust 2017 09:12

Cəbhədə silahlar susmur

24 Avqust 2017 09:08

"Beşiktaş" prezidentinin azərbaycanlı sevgilisi - FOTO

24 Avqust 2017 09:07

Ekzemanı müalicə edən təbii üsul

24 Avqust 2017 09:06

Qətər səfirini İrana geri qaytarır

24 Avqust 2017 09:03

QUDUZLUQ və onun müalicəsi yolları

24 Avqust 2017 08:58

ABŞ-ın Rusiyadakı səfiri: Mən cənab düşbərə olmuşam

24 Avqust 2017 08:48

Qarşıdakı 2 ildə ölkə iqtisadiyyatını nə gözləyir? - Proqnoz

24 Avqust 2017 08:33

"Monako" Mbappeni 150 milyon avroya PSJ-yə satmağa razılaşıb

24 Avqust 2017 08:27

Bakı və Abşeron rayonunda yanğın oldu

24 Avqust 2017 08:09

ABŞ-da sürücü avtomobili kütlənin üzərinə sürüb

24 Avqust 2017 08:07

“Samsung” “Galaxy Note8” smartfonunu təqdim etdi

24 Avqust 2017 08:03

Avropa Liqasında “play-off” mərhələsinin cavab oyunları keçiriləcək

24 Avqust 2017 07:32

Braziliyada gəmi batdı - 10 ölü

24 Avqust 2017 07:23

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq

24 Avqust 2017 07:09

“Xan çinarı” məhv edilib...

24 Avqust 2017 06:43

Zidan "Real"la danışıqlar aparmadan müqavilə müddətini uzadıb

24 Avqust 2017 06:27

"Qarabağ"ın qələbəsi ayaqda qarşılandı - PAYTAXTDA GÖRÜNMƏMİŞ COŞQU

24 Avqust 2017 06:24

Norveçdə dünyanın ən böyük Data Mərkəzi tikiləcək

24 Avqust 2017 06:03

Bakıda qadın həkim poliklinikada sevgilisi tərəfindən bıçaqlanıb

24 Avqust 2017 05:32

“Zenith Energy” Azərbaycanda gündəlik hasilatını 219 barrel artırmağı hədəfləyir

24 Avqust 2017 05:23

ABŞ-ın Minsk qrupunda yeni həmsədri bəlli oldu

24 Avqust 2017 05:14

NATO Donbasdakı atəşkəsi alqışladı

24 Avqust 2017 04:43

Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

24 Avqust 2017 04:22

Yevlaxda 2 otaqlı yanıb kül oldu

24 Avqust 2017 04:14

Azərbaycanlı qızın bu videosu izləmə rekordu qırır

24 Avqust 2017 04:03

Gecə saatlarında Bakıda 4 piyadanı avtomobil vurub

24 Avqust 2017 03:52

"Qarabağ"ın uğuru Tvitter-in əsas gündəmi oldu - FOTO

24 Avqust 2017 03:24

"Qarabağ"ın qələbəsi Bakı küçələrində böyük sevinc hissi ilə qeyd olunub

24 Avqust 2017 03:12

Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

24 Avqust 2017 02:42

Bakıda "QARABAĞ" BAYRAMI - FOTOSESSİYA

24 Avqust 2017 02:33

Bakının mərkəzində qələbə bayramı - VİDEO

24 Avqust 2017 02:29

Tərtərdə 6 otaqlı ev yandı

24 Avqust 2017 02:04

Braziliyada gəmi batıb -

24 Avqust 2017 02:04

Qurban Qurbanov: İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı

24 Avqust 2017 02:03

"Kopenhagen"inin baş məşqçisi: "Rəqib 2 imkan qazandı və lazımi qaydada yararlanaraq qol vurdu"

24 Avqust 2017 02:02

Qurban Qurbanov: "İlk dəfə məğlubiyyətə sevinirdim"

24 Avqust 2017 01:47

“Oyunun sonlarında nəfəsimiz tutulmuşdu” - Tahir Gözəl

24 Avqust 2017 01:47

Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”

24 Avqust 2017 01:43

Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı"

24 Avqust 2017 01:42

"Qarabağ" və digərləri - SİYAHI

24 Avqust 2017 01:37

Ermənistanda vəkillər aksiya keçirəcək

24 Avqust 2017 01:35

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03