Samsung Galaxy J2 Prime - gözləntiləri üstələyən funksionallıq cəlbedici qiymətə!

Samsung Galaxy J2 Prime - gözləntiləri üstələyən funksionallıq cəlbedici qiymətə!
11:17 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Samsung şirkəti Azərbaycan bazarına yeni Galaxy J2 Prime smartfonunu çıxarır. Sərfəli qiymətə olan bu smartfon Samsung-un əfsanəvi Grand Prime modelinin təkmilləşdirilmiş və yenilənmiş versiyasıdır və o, istifadəçiləri çoxsaylı faydalı innovasiyaları ilə heyrətə gətirəcək.

Smartfonun korpusu zədələrdən etibarlı müdafiə təmin edən möhkəm materialdan hazırlanıb. Toxunuşda xoş olan arxa panelin teksturu və erqonomikası elə işlənib ki, istifadəçi smartfonu əlində daha rahat tuta biləcək.

Galaxy J2 Prime üç rəngdə təqdim olunub: qara, qızılı və gümüşü. Hər kəs bu rənglər arasında öz individual tərzini tamamlayan və ətrafdakıların diqqətini çəkən bir stil tapa biləcək.

Selfi həvəskarlarını işıqdioqlu fleş və 5 meqapikselli frontal kamera, sözsüz, sevindirəcək. İndi şəkillərinizi hətta zəif işıqlandırmada belə çəkə bilərsiniz və işıqlandırmanın olmaması sizə keyfiyyətli selfiləri çəkməyə mane olmayacaq.

Smartfon 1,4 GHz tezlikli, dördnüvəli Quad-coreс prosessoru ilə təchiz olunub. Bu isə öz növbəsində veb-səhifələrin, tətbiqlərin və multimedia kontentinin sürətlə yüklənməsini təmin edir. 5 düym diaqonallı ekran kontentdən maksimal zövq almaq üçün optimal ölçüdür.

Galaxy J2 Prime smartfonunun quraşdırılmış yaddaşı 8 Gb həcmə malikdir. Əgər siz tətbiqlərin aktiv istifadəçisinizsə və sevimli foto, video fayllarınızı əlinizin altında saxlamağı xoşlayırsınızsa, verilən yaddaş həcmini 256 Gb-dək artıra bilə və smartfonunuzun funksiyalarından maksimum həzz ala bilərsiniz.

Smartfon iki sim kart dəstəkləyir ki, bu da onun sahibinə iki mobil operator vasitəsilə eyni zamanda əlaqədə olmağa və zəng xərclərinə xeyli qənaət etməyə imkan verir.

Samsung-dan yeni Galaxy J2 Prime smartfonu istifadəçilərə maksimal funksionallığa və sərfəli qiymətə təklif edilən rahatlığa zəmanət verir.

Galaxy J2 Prime smartfonunun funksiyaları barədə daha ətraflı məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az və Soliton mağazalar şəbəkəsində əldə edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/492541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR