Burak və Məryəmə Dubaydan rekord QONORAR

Burak və Məryəmə Dubaydan rekord QONORAR
11:18 24 Noyabr 2016
169 Şou
Ölkə mətbuatı
A- A+

Burak Özçivitlə Məryəm Üzərli dünən Dubayda "Möhtəşəm 100 il” serialının sərgisinin açılışında iştirak edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərəb pərəstişkarları gecənin xüsusi qonaqlarını böyük coşğu ilə qarşılayıb. Təşkilatçılar ərəb ölkələrində də olduqca məşhur olan türkiyəli aktyorların dəvəti qəbul etdiyi üçün onlara sərvət ödəyib. Belə ki, Burak bu dəvətə qatılmaq üçün 450 min (təxminən 1,5 milyon TL), Məryəm Üzərli isə 300 (təxminən 1 milyon TL) min dollar alıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, sərgidə Burakla Məryəmin sözügedən serialda canlandırdıqları obrazların - Hürrəm və Bali bəyin mumdan hazırlanmış heykəlləri nümayiş olunub.

Ulduzların Dubay səfərində bir çox tanınmış markanın reklamına çəkilməsi üçün iş görüşlərinin baş tutduğu deyilir. Türkiyə mətbuatının yazdığına görə, Burak Özçivit Yaxın Şərqin ən büyük bankalarından biri olan “National Bank Dubai” ilə reklam müqaviləsi imzalayıb. Yaraşıqlı aktyorun reklam üçün 1,5 milyon dollar aldığı da deyilir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/177157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR